Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə83/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   79   80   81   82   83   84   85   86   ...   103
Bayram günlərinin adları

Novruz” bayramı xalqımızın qədim və ən sevimli bayramlarından biridir. Tək bizim yox, bütün türk dünyasının bayramı olan “novruz” bayramı hər il yüksək səviyyədə qeyd olunur. Tarixi atəşpərəstlik dövrünə gedib çıxan bayram mart ayının 20, 21 qeyd edilir. Sovet dövründə bayramı xalq qeyri-rəsmi qeyd edirdi. Ancaq 1967-ci ildə Şıxəlı Qurbanov ilk dəfə Novruz bayramını dövlət səviyyəsində qeyd olunmasına nail oldu [52, s.56].

Qədimdə “Novruz” sözünü “təzə gün”, “təzə məhsulun başlanğıcı” kimi tərcümə edirdilər. Bu barədə Əbureyhan Birunu yazırdı: “Hər tərəf yaşıl rəngə bürünmüşdü və adamlar onu “ruzinay” yəni “yeni gün” adlandırırdılar”. Bundan başqa “Novruz” sözünün etimologiyası ilə bağlı digər fərziyyəyə görə, xalq arasında belə bir rəvayət mövcuddur ki, guya (İncilə görə) bu bayramın təməli Noy (Nuh) tərəfindən qoyulmuşdur. Bu rəvayətə əsasən deyirlər ki, guya Noy özü Azərbaycanda, (Nuh türbəsi), Naxçıvanda dəfn olunub. Yerli əhali həmin türbəni ziyarətgah adlandırırlar [52, s.10]. Fikrimizcə, bu ehtimal düzgün deyil. Çünki, türk xalqlarının əksəriyyəti bayramı “Novruz” adlandırsa da, bəzi türk xalqları başqa adla ifadə edirlər. Məsələn, Batı-Trayka türklərində (Muris), qaqauz türkləri isə (Babu marta kürklü marta yəni, ilk yaz) şəklində tələffüz edilir [101, s.7]. Bütün bu adların hamısının etimologiyasının əsasında “yeni gün”, “yeni il” anlamının mənasının dayandığını görürük.

“Novruz” nov+ruz komponentlərindən ibarətdir. Burada “nov” yeni, təzə sözlərini ifadə edir. Novruz yeni gün, yeni həyat deməkdir. Ümumiyyətlə, bir çox dillərdə – ingilis dilində “new”, rus dilində “novıy”, fars dilində “nou” yeni, təzə məfhumunu ifadə edir. Baxmayaraq ki, Novruz bayramı təmiz türk xalqlarına məxsus bayramdır. Ancaq “novruz” fars sözüdür.

Novruz bayramının ikinci adı “Bahar” bayramı adlanır. Çünki, baharın, yazın gəlişi münasibətilə ilə qeyd olunur. Novruz bayramının üç simvolik personajı var: keçəl, kosa və bahar qızı. Keçəl oyanışdan əvvəlki dövrü, kosa ruzi-bərəkəti, Bahar qızı isə bitki örtüyünün cücərməsini xarakterizə edir .

Mart ayında qeyd olunan bayramın dörd çərşənbəsi vardır. Ilin axır çərşənbələrinin adları da maraq doğurur. Novruzqabağı qeyd olunan dörd ilaxır çərşənbə mərasimlərinin, ayinlərinin zənginliyi ilə daha məşhurdur. Birinci çərşənbə “Su çərşənbəsi”dir. Bu çərşənbədə xalq arasında “Kül çərşənbə”, “Külə çərşənbə”, “Su çərşənbəsi”, “Sular Novruzu” və s. İlk çərşənbədə havaya buğun, istiliyin gəldiyini bilən təsərrüfatçı indi daha çox bağ-bostanı, əkin-biçini düşündürür. Bunların da qış yuxusundan ayılmasını, oyanmasını istəyir. Bunun üçün o, axşam yandırılmış çərşənbə tonqalının külünü isti-isti bağ-bostana, əkiləcək yerlərə səpir. İstiliyin süni simvolunu yaratmaqla üstlərinə kül səpdiklərinin də tezliklə oyanması, canlanmasını istəyini ifadə edir. İkinci çərşənbə “od çərşənbəsi”adlanır.

Üçüncü çərşənbə “yel çərşənbə” dir. Xalq arasında “Əzəl çərşənbə, Müjdəçi çərşənbə, Muştuluqçu çərşənbə, Toz çərşənbə” adlanır. Çərşənbəyə belə adların verilməsi elə onun öz məzmunu ilə bağlıdır. Həmin çərşənbədə ev-eşik, his-tozdan təmizlənir. Pal-paltarın, xalçanın tozu tökülür. Sözü gedən çərşənbənin “Yel çərşənbəsi” adlanması səbəbsiz deyil. Çünki ilaxır çərşənbənin biricisi bilavəsitə kainatın astronomik durumu, təbiətşünaslıq və fizika qanunlarına uyğun bir hadisədir. Bu deyilənlərə əsasən istilik ilk olaraq havaya gəlir.

Üçüncü çərşənbənin “Gül çərşənbə, Yel çərşənbə, Yer çərşənbə, Ölü çərşənbə, Ata-baba çərşənbə” adları vardır. Xalq arasında ən çox “torpaq çərşənbəsi” adı işlənir. Çünki, bu zaman kəsiyində ağaclar gül açır, hər tərəf yaşıllığa boyanır, meşələrdə novruzgülü baş qaldırır, təbiət oyanır.

Sonuncu çərşənbə “torpaq çərşənbə” adlanır. El arasında “İlaxır çərşənbə, axır çərşənbə” adlanır ilə də tanınır. “İlaxır çərşənbə” adlanmasına səbəb adından da məlum olduğu kimi, ilin ən son çərşənbə olmasıdır. Onu da qeyd etməliyik ki, bütün çərşənbələr “İlaxır çərşənbə” adı altında birləşir.

Bu çərşənbə digərlərindən zəngin ayin, mərasimləri ilə fərqlənir. İlaxır çərşənbədə fala baxılır, papaq atılır, süfrə bəzədilir. Yeddi adda, baş hərfi “s” başlayan nemət qoyulur [92, s.15]. Məsələn, Səməni, sünbül, süfrə, süd, su, salfetka və sok. Bu ev sahibəsinin özünün istək və arzusundan asılıdır. Bir çoxları sumax, sarımsaq və soğan kimi “s” hərfi ilə başlanan nemətlər qoyurlar. Təbii ki, bayram süfrəsinə acı nemətlərin qoyulması məsləhətli deyil.

“Axır çərşənbə” gənc qızların ən çox sevdiyin çərşənbədir. Bu gün qızlar qulaq falına çıxır, üzük falı, duzlu kökə, güzgü falı kimi mərasimlərini icra edirlər. Həmin gün gecə niyyət tutub yatmırlar. Bu mərasim el arasında “Çilə çıxartmaq” kimi tanınır. Əsasən Azərbaycanın cənub bölgəsində və Bakı kəndlərində, eləcə də digər rayonlarda qeyd olunur.

Novruzda şəkərbura, paxlava və qoğal şirniyyatları aparıcıdır. Tahir Əmiraslanov paxlavanı ulduzun, qadınlığın, doğumun, şəkərbura ayın və hamilə qadının, qoğal isə günəşin simvolu hesab edir [54, s.11].




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin