Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Beynəlxalq tələbələr günü



Yüklə 0,99 Mb.
səhifə87/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   83   84   85   86   87   88   89   90   ...   103
Beynəlxalq tələbələr günü. 1941-cı ildə Londonda faşizmə qarşı mübarizə aparan ölkələrin tələbələrinin beynəlxalq görüşündə “Beynəlxalq tələbələr günü” təsis edilmişdir [75, s.338].

Sevgililər günü–Azərbaycanda sevgililər günü 30 iyun qeyd olunmasına baxmayaraq 14 fevral daha kütləvi hal almışdır. Milli mentalitetimizə uyğun olmayan (День Валентинa) qeyd etmək fikrimizcə, düzgün deyildir. Həcər Hüseynova bu haqda geniş məlumat verərək, 14 fevralın tarixinə nəzər salır və bu qeydləri edir: “Biz dövlət əleyhinə gedən keşiş Valentinin şərəfinə “Sevgililər günü”nü qeyd etməkdənsə, müasir gənclərimizə, doğma vətəninə qurban verən Fərizənin haqqında məlumat verməli, onların toy gününü (30 iyun) Azərbaycanda “Sevgililər günü” kimi qeyd etməliyik” [89, s.87]. Bu fikri haqlı saymaqla bərabər bəzi nüansları qeyd etməliyəm. Bəli, milli sevgililər gününü 30 iyun qeyd etməliyik. Ancaq, bəzən bütün dünyada kütləvi halda qeyd olunan bayramlar bizdən də təsirsiz ötüşmür. Məsələn, bütün müsəlman dünyası novruz bayramını yeni il kimi qeyd etsə də biz yeni il bayramını 31 dekabrda qeyd edirik.

Xalqımızın qədim və milli bayramlarının adları əsasən “bayram” və bayramın semantikasını özündə əks etdirən apelyativlərin birləşməsindən, tarixi günlərlə bağlı yaranan xrononimlər isə “gün” sözünün və günün əhəmiyyətini özündə cəmləyən vahidlərin birləşməsindən əmələ gəliblər. “Bayram”“gün” apelyativlərinə qoşulan xüsusi adlar bir növ aydınlaşdırıcı funksiyasını daşıyır.

Bundan başqa bir çox tarixi günlərimiz və peşə bayramlarımız da qeyd olunur: Konstitutsiya günü (12 noyabr), Milli Qurtuluş Günü (15 iyun), Faşizm ürəzində Qələbə günü (9 may), Milli Dirçəliş Günü (17 noyabr), 15 sentyabr – Bilik günü,18 sentyabr – Milli musiqi günü, 13 oktyabr – Dəmir yolu işçilərinin peşə bayramı günü,20 oktyabr – Energetiklər günü, 6 noyabr – Azərbaycan televiziyası və radiosu günü, 8 noyabr – Bakı metropoliteni işçilərinin peşə bayramı günü, 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü 16 dekabr – Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günü, 17 dekabr – Müdafiə Sənayesi Nazirliyi işçilərinin peşə bayramı günü və s [139]. Bunlarla yanaşı Cəbrayıl (04.10.2020), Füzuli (17.10.2020), Zəngilan (20.10.2020), Qubadlı (25.10.2020), Şuşa (08.11.2020), Xocalı (10.11.2020), Xankəndi (10.11.2020), Xocavənd (10.11.2020), Ağdam (20.11.2020), Kəlbəcər (25.11.2020), Laçın (01.12.2020) rayonlarının düşmən tapdağından azad olunması da bayram günləri kimi tariximizə qeyd olunmuşdur.

Yuxarıda sadaladığımız xrononimlərlə yanaşı, xalqımızın qan yaddaşına qara hərflərlə yazılan xrononimlərimiz də az deyil.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin