Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Sintaktik yolla yaranan ktematonimlər



Yüklə 0,99 Mb.
səhifə95/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   91   92   93   94   95   96   97   98   ...   103
3.3. Sintaktik yolla yaranan ktematonimlər

Sintaksis dilin qrammatik quruluşu haqqında elm olmaq etibarı ilə sintaktik vahidlər sistemini (söz birləşmələri, sadə cümlə, mürəkkəb cümlə, mürəkkəb sintaktik bütövlər), sintaktik vahidlərin qurulmasını və bağlanma vasitələrini öyrədir. Sintaksis söz birləşmələri, cümlələr və sintaktik bütövləri əhatə edir [1, s.5]. Ktematonimlərin bu yolla yaranmasını tədqiq edərkən müşahid etdik ki, leksik və morfoloji yolla yaranmalarına nisbətən sintaktik yolla yaranan ktematonimlər sayca üstünlük təşkil edir. Əsasən xrononimlər, erqonimlər və ideonimlərin bu yolla yaranmasının daha çox şahidi olduq. Bildiyimiz kimi idarə və müəsissə adları çox zaman mürəkkəb isim kimi öyrənilmişdir. Bu haqda Müasir Azərbaycan dili kitabında oxuyuruq: “Bu birləşmələr Azərbaycan dilçiliyində uzun zaman heç bir qeyd-şərt qoyulmadan mürəkkəb isimlər sırasında verilmiş və “mürəkkəb idarə adları” deyə izah edilmişdir. Əslində isə bu birləşmələrin nə qrammatik forması, nə komponentlərinin vəziyyəti və münasibəti, nə deyiliş xüsusiyyətləri onları mürəkkəb sözlərə yaxınlaşdırmır, əksinə, mürəkkəb sözlərdən fərqləndirir. Bu birləşmələrdə mürəkkəb sözlərə xas olmayan bircə cəhəti qeyd etmək kifayətdir: onların tərkib hissələri dilin lüğət tərkibinin dəyişməsindən asılı olaraq dəyişikliyə uğrayır, ümumi model və məna qaldığı halda , birləşməni əmələ gətirən sözlərdən biri başqa bir sözlə əvəz olunur. Müqayisə et: Maarif komissarlığı – Maarif nazirliyi. Azərbaycan Dövlət Darülfünunu – Azərbaycan Dövlət Universiteti” [1, s. 39]. Tamamilə haqlı olan müəllif dəqiq arqumentlərlə bunu sübut etmişdir və biz də bu fikri rəhbər tutaraq erqonimləri söz birləşməsi kimi təhlil edəcəyik. Ancaq əvvəlcə mürəkkəb söz şəkilində olan ktematonimləri nəzərədn keçirək:



  1. İnsial üsulu: AMEA (Azərbaycan Milli Elmlər Akademiyası), YAP (Yeni Azərbaycan Partiyası), BAB (Bütöv Azərbaycan birliyi), TQDK (Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası) və s.


  2. Yüklə 0,99 Mb.

    Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin