Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə11/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   7   8   9   10   11   12   13   14   ...   103
Cümə məscidi. Cümə məscidləri respublikamızın bir çox yerlərində inşa olunmuşdur. IX əsrdə Ordubadda, XII əsrdə Naxçıvanda, XVII əsrdə Gəncədə, Ağdam (XIX), Bərdə (XX) və s. Naxçıvandakı “Cümə Məscidi” XVII əsrədək uçub dağılmışdır. Bu məsciddən yalnız XIX əsrdə Naxçıvanda olmuş fransız səyyahı J. Delafruan tərəfindən çəkilmiş rəsm və alman memarı E.Yakobstal tərəfindən çəkilmiş fotoşəkili qalır [97, s.81]. Gəncədəki “Cümə məscidi” XVII əsrin əvvələrində tikilmişdir. Cümə məscidinin ətrafında yerləşən mədrəsə hazırda dağılmışdır. Məscidin qarşısındakı qoşa minarə XIX əsrdə təmir edildiyindən əvvəlki görkəmini itirmişdir. Məşhur Azərbaycan şairi və tarixçisi Abbasqulu ağa Bakıxanov verdiyi məlumata görə, Cümə məscidi məşhur alim və memar Bahəddin tərəfindən tikilmişdir [51, s.97]. Məscidin “Cümə”adlanmasına səbəb dini qanunla əlaqədardır. Dini qanuna görə, hər məscidə Cümə məscidi adı vermək olmaz. Cümə məscidi yalnız iri yaşayış məskəni olan və hər həftənin cümə günləri yüksək dini rütbəyə malik şəxsin ( müştəhidin) Cümə namazı qıldığı məscidlərə bu ad verilir [26, s.106].

Xan Sarayları. Xan saraylarının inşası əsasən XVIII əsrə, xanlıqlar dövrünə təsadüf edir. Xan sarayları içərisində dünyaca məşhur Şəki xan sarayı özünəməxsus memarlıq üsubi ilə digərlərindən fərqlənir. İkimərtəbəli binada bir dənə də olsun mismar işlədilməyib. Bütün otaqlar, salonlar divar təsvirləri ilə bəzədilmiş, pəncərəni isə şəbəkələr əvəz etmişdir. Xan sarayı Məhəmmədhəsən xan tərəfindən tikildiyindən ilk əvvəllər “Məhəmmədhəsən xan divanxanası” adlanıbdır.

Azərbaycan dilində “Xan” komponentli antroponimlərə, toponimlərə, ktematonimlərə və ümumi sözlərə çox rast gəlirik. Məsələn, “Xanlar”, “Ataxan”, “Xanverdi”, “Əzizxan”, “Xankəndi” (Qarabağ vilayətinin paytaxtı), “Xanlıqlar” (Qazax və Şərurda kənd adı),”Xanabad” rayonu, “Xanəgah” qız qalası ( İsmayıllı rayonunda müdafiə istehkamı), “Xanağa” (Naxçıvan MR-nın Culfa rayonunda kənd) və s. [32, s.47]. Aydın Paşayev “xan” titulu və komponenti ilə bağlı bir çox araşdırma aparmışdır. Onun “Xan komponentli beynəlmiləl onomastik vahidlər” adlı məqaləsində bir çox məlumatlarla tanış oluruq [95, s. 112].

Əjdər Fərzəli “xan” komponentini günəşlə əlaqələndirir. “Gün-Qun-Kun (Hun)-Kan-Qan-Xan. O qeyd edir: İki samit: k- n, q - n, x - n, h - n arasında a - nın u - ilə əvəzlənməsi hadisəsi baş verib. “Xan” vahidini Ulu Odun – Günəşin dünyaya nur göndərməsi kimi izah edir” [44, s.28]. “Xan sarayı” erqonimində “xan” ad deyil, rütbə, titul bildirir.

XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycanda, xüsusilə, Bakı şəhərində “sosial sifarişlər”lə əlaqədar çoxlu monumental binaların inşasına başlanır. Belə tikililər sırasına 1908–1913-cü illərdə yaradılmış “İslamiyyə” binasını (indi burda Azərbaycan EA-nın Rəyasət heyəti yerləşir, memarı İ.K. Ploşka), 1896-cı ilə aid Qadın müsəlman professional məktəbini (indiki Azərbaycan EA Əlyazmalar İnstitutu, memarı İ.V. Qoslovski), 1893–1902-ci illərə aid neft sənayeçisi H.Z. Tağıyevin sarayını (hazırda Azərbaycan EA Tarix Muzeyinin binası, memarı İ.V. Qoslovski) və başqalarını aid etmək olar [51, s.136].



İsmailiyyə” binası Bakı milyonçusu Ağa Musa Nağıyev tərəfindən oğlu Ağa İsmailin xatirəsini əbədləşdirmək məqsədilə tikdirilmişdir. Binanın adı İsmail adının əsasında yaranmışdır.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin