Metro stansiyalarının adları – İctimai nəqliyyat vasitəsi olan metro ən çox istifadə olunan nəqliyyat növüdür. Metro stansiyalarının adları xalqın taleyində önəmli rol almış tarixi şəxsiyyətlərin, şair və yazıçıların, əlamətdar gün və hadisələrin adlarını özündə cəmləşdirir.
Siyasi xadimlərin şərəfinə adlanan stansiya adları: Xətai stansiyası, Nərimanov stansiyası.
Şair, yazışı, bəstəkar, memar xatirəsinə həsr olunan stansiya adları: Nizami stansiyası, Q.Qarayev stansiyası, Memar Əcəmi stansiyası, C.Cabbarlı stansiyası.
Xalqın tarixində baş vermiş ən əlamətdar hadisələr əsasında yaranan stansiya adları: 20 Yanvar stansiyası, 28 May stansiyası, 8 Noyabr stansiyası.
Obyektin yerini, mövqeyini bildirən stansiya adları: Dərnəgül stansiyası, Elmlər Akademiyası stansiyası, İçərişəhər stansiyası, Sahil stansiyası, Əhmədli stansiyası.
Hərb tariximizdə qəhrəmanlıq göstərən şəxsiyyətlərin şərəfinə adlanan stansiya adları: Koroğlu stansiyası, H.Aslanov stansiyası.
Peşə verilən müsbət qiyməti özündə göstərən stansiya adı: İnşaatçılar stansiyası.
Obrazlı təsəvvürlər əsasında yaranan stansiya adları: Ulduz stansiyası, Xalqlar dostluğu stansiyası, Azadlıq stansiyası.