Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Məclis, cəmiyyət, ittifaq, ictimai təşkilat, siyası partiyaların adları



Yüklə 0,99 Mb.
səhifə20/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   16   17   18   19   20   21   22   23   ...   103
Məclis, cəmiyyət, ittifaq, ictimai təşkilat, siyası partiyaların adları. XIX əsrdə bir çox ədəbi məclislər mövcud olmuşdur. Ədəbi məclislər ədəbiyyat tariximizdə öz çəkisi və yeri ilə önəmli yer tutmuşdur. Ordubad və Naxçıvanda “Əncümənüş-şüəra” (Şairlər məclisi), Lənkəranda “Fövcül-füsəha” (Gözəl danışanlar dəstəsi), Şuşada “Məclisi-üns”(Dostluq məclisi) və “Məclisi-fəramuşan” (Unudulmuşlar məclisi), Tiflisdə “Divani-hikmət” (Hikmət evi), Şamaxıda “Beytüs səfa”(Rahatlıq, əyləncə evi), Bakıda “Məcməüş-şüara”(şairlər yığıncağı), Qubada “Gülüstan” məclislər fəaliyyət göstərmişlər. Klassik ədəbiyyatımızda ərəb və fars dili aparıcı olduğundan ədəbi məclislərin adları da bu dildə ifadə olmuşdur. Hal-hazırda bu məclislərin heç biri fəaliyyət göstərmir. Ona görə də dilimizin passiv fonduna keçmişdir. Müasir dövrümüzdə aşıq məclisləri və ədəbi məclislər fəaliyyət göstərir. Məsələn, “Aşıq Pəri” məclisi, “Sumqayıt Şəhər Əli Kərim adına Poeziyaklubun nəzdində “Dəniz ədəbi birliyi ilə yanaşı, yeni ədəbi yaradıcılığa başlayanlar üçün “Ocaq” ədəbi birliyi, şəhərdə yaşayan rus dilli yazıçıların “Muza” ədəbi mərkəzi fəaliyyət göstərir. Bununla yanaşı ittifaq, birlik, təşkilat adları və siyasi partiyalar da bu bölgüdə öyrənilir. “Azərbaycan Yazıçılar birliyi”, “Azərbaycan Bəstəkarlar ittifaqı”,“Yeni Nəsil Jurnalistlər birliyi”, “Qarabağ Azadlıq Təşkilatı”, “Azəri – Türk Qadınlar birliyi”, “YAP-ın Nəsimi rayon təşkilatı” və s. bu adlar da birlik, ittifaq, təşkilat sözlərinin köməyi ilə yaranır. (Partiyaların rayon şöbələri də “təşkilat” sözü ilə ifadə olunur). Fikrin əsasını bildirən hissəsi isə müəssisənin məram və fəaliyyəti ilə bağlı olaraq adlandırılır.

Bildiyimiz kimi 70 il Sovet imperiyasının əsarəti altında yaşamışıq. Bu imperiyanın da bir partiyası olub o da “kommunist” partiyası. Bütün ittifaq ölkələrində də “Kommunist” partiyası fəaliyyət göstərib. 18 oktyabr 1991-ci il müstəqillik əldə etdikdən sonra respublikamızda bir çox partiyalar yaradılmağa başladı. Hal-hazırda onların sayı 52-yə çatıb. Hakimiyyətdə olan və ən iri partiya “Yeni Azərbaycan Partiyası”dır. 1992-ci il 21 noyabrda Heydər Əliyev tərəfindən təsis edilmişdir. Partiyanın adı yeni doğulmuş, çiçəklənən Azərbaycan mənasını verir. Digər partiyaların adları da simvollik məna daşıyır. Milli İstiqlal Partiyası, Dirçəliş və Tərəqqi Partiyası, Xalq Demokratik Partiyası, Ana Vətən Partiyası, Milli Demokrat İdrak Partiyası, Kəndli Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Birlik Partiyası, Vahid Azərbaycan Milli Birlik Partiyası, Vahid Azərbaycan Partiyası, Demokratik Azərbaycan Dünyası Partiyası, Müstəqil Azərbaycan Partiyası, Milli Qurtuluş Partiyası, Yurddaş Partiyası, Ümid Partiyası, Xalq Cəbhəsi Partiyası və s. Bu partiyaların adları arasında oxşarlığın olması xoş hal hesab etmək olmaz. Bu azmış kimi bəzi partiyaların adları isə eyniyyət təşkil edir, sanki söz kasadçılığıdır. Məsələn, Xalq Cəbhəsi Partiyası – Klassik Xalq Cəbhəsi Partiyası – Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Respublikaçılar Partiyası – Azad Respublikaçılar Partiyası, Kommunist Partiyası – Vahid Kommunist Partiyası, Müsavat Partiyası – Müasir Müsavat Partiyası və s.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin