Muzey və kitabxana adları. Muzey və kitabxana adları, onların şöbələri, bölmələri də erqonimlərin tərkibinə daxildir. Məsələn, “Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyi”, “C.Cabbarlının ev muzeyi”, “Azərbaycan Tarixi Muzeyi”, “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanası”, “A.Səhhət adına kitabxana, M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanası”, ”Qəzet və jurnal şöbəsi”, “Dəqiq elmlər şöbəsi”, “ Humanitar elmlər şöbəsi” və s.
Muzeylər profilinə görə aşağıdakı kimi qruplaşdırmaq olar:
Tarixi muzeylər və qoruqlar: Azərbaycan Tarix Muzeyi, Azərbaycan İstiqlal Muzeyi, Qobustan Dövlət Tarix – Bədii Qoruğu, Şirvanşahlar Saray Kompleksi, Dövlət Tarixi-Memarlıq Qoruq Muzeyi.
Bədii muzeylər və qalereyalar: Səttar Bəhlulzadə adına Sərgi salonu, Azərbaycan Dövlət Şəkil Qalereyası, “Qız qalası” sərgi salonu, Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi.
Ədəbiyyat və teatr–musiqi muzeyləri: Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyi.
Xatirə muzeyləri: Üzeyir Hacıbəyovun Ev-Muzeyi, Bülbülün Memorial Muzeyi, Nəriman Nərimanovun xatirə Muzeyi, Abdulla Şaiq Mənzil-Muzeyi
Müxtəlif profilli muzeylər və təşkilatlar: Azərbaycan Dövlət Kənd Təsərrüfatı Muzeyi, Azərbaycan Geologiya Muzeyi, Olimpiya muzeyi və s. [36, s.2].
Göründüyü kimi muzeylər profilindən asılı olaraq adlandırılmışlar. Hər bir muzeyin adı onun haqqında dolğun təsəvvür yaradır.
Dostları ilə paylaş: |