Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Kinoteatr, teatr, sirk, filarmoniya, saray adları



Yüklə 0,99 Mb.
səhifə23/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   19   20   21   22   23   24   25   26   ...   103
Kinoteatr, teatr, sirk, filarmoniya, saray adları. “Nizami” kinoteatrı, Park cinema, “Araz” kinoteatrı, 28 Cinema və s. kinoteatr adları “kino”, “cinema” sözlərinin köməyi ilə düzəlir. Birinci tərəf isə müxtəlif apelyativlərlə adlanır. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Bakı Bələdiyyə Teatrı, Azərbaycan Dövlət Rus Dram Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Azərbaycan Dövlət Pantomim Teatrı, Rəşid Behbudov adına Azərbaycan Dövlət mahnı teatrı. Filarmoniya yunan mənşəlli söz olub phileo–sevirəm və harmonia–ahəng sözündən yaranmışdır. Azərbaycan Dövlət Filarmoniyası binası 1910–1920-ci illərdə “İctimai toplantıların yay binası” proyekti kimi inşa edilmişdir. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra 1920-ci ildə pərakəndə fəaliyyət göstərən ansambıllar, orkestrlər və musiqi həvəskarları bu binada toplandı. Filarmoniya 1936-ci ilin may ayında yarandı. Azərbaycan Dövlət Filarmoniyası Əməkdar İncəsənət xadimi Müslüm Maqamayevin adını daşıyır [139]. Respublikamızda Bakı Dövlət Sirki yeganə sirkdir və konkret olaraq yerləşdiyi yerin adını, statusunu özündə ifadə edir. Heydər Əliyev adına Saray - Sarayın adı ilk öncə Lenin sarayı, sonra Respublika saray, 10 mart 2004-cü ildən isə Heydər Əliyev adına saray olub.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin