Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə27/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   23   24   25   26   27   28   29   30   ...   103
Qeyri-real erqonimlər. Bunlar əsasən xalq tərəfindən zarafatla, kinayə, ironiya məqsədilə yaradılır. Şair və yazıçılar da belə qeyri-real erqonimlərin yaranmasında bilavasitə iştirakçı olur. Məsələn, adətən işləməyən, avara, tənbəl adamların işlədiyi yeri soruşanda cavab olaraq ”Bekarstroy”da müdir işləyir cavabını verirlər və yaxud “Molla Nəsrəddin” jurnalının 21№li buraxılışında belə bir parçaya rast gəlirik:

  • Mən Təbrizdə səkkiz il tamam “Fırıldaqiyyə” məktəbində elm təhsil etmişəm. Ondan sonra Marağada dörd il “Cəhalət” məktəbində Molla Şükürdən dərs oxumuşam, ondan sonra Tehranda “Viraniyyə” darülfünuna ərizə vermişəm, deyiblər gərək “Xarabiyyə” məktəbini tamam edəsiniz. Qərəz gedib Rəştdə “Xarabiyyə” darülfünunu tamam edib gəlib altı il Tehranda “Viraniyyə” darülfünunu oxuyub tamam etmişəm [96, s.64]. Təbii ki, belə bir obyektlər mövcud deyil. Nümunədə işlənən “Fırıldaqiyyə”,“Cəhalət”,”Viraniyyə”,“Xarabiyyə” erqonimləri İran mühitinin ümumi mənzərəsini təsəvvür edir.

Qeyri-real erqonimlərlə yanaşı bədii ədəbiyyatda real erqonimlərə də rast gəlirik. Bununla yazıçı ərazi haqqında geniş təsəvvür yaradır, hadisələrin cərəyan etdiyi yerləri dəqiqliklə göstərir. Məsələn:

Mir Cəlal Paşayev “Açıq kitab” romanında meşşan təbiəti ilə seçilən Ağca xanimin həyat tərzini oxucuya çatdırmaq üçün müəllif bir qrup bahalı restoranların adlarını çəkmişdir. Məsələn:



Bundan sonra Ağcanın dost-aşnası çoxalırdı. Onu yeni tikilimiş bahalı libaslarda, şəhərin ən gözəl oğlanlarının qolunda “Mostorqdan” çıxan, “Novaya Yevropa”da oturan, bulvarda gəzən, musiqi dinləyən, nəhayət, yaxşı həkimlərin qapısında gözləyən görərdilər [61]. Bunu kimi nümunələrin sayını artırmaq olar.

Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin