Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə32/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   28   29   30   31   32   33   34   35   ...   103
Bədii əsər adları. Bədii əsər adları altında nəzm, nəsr və dram əsərlərinin adları öyrənilir. Hər bir bədii əsər bir sənətkarın hadisələrə fərdi yanaşma və ya həmin hadisələrdən yaranan təəssüratı ifadə etmə tərzi ilə digərlərindən fərqlənir. Bir-birindən eyni olan əsər, bir-birinin eyni olan ifadə tərzi ola bilməz. Hər bir sənətkara fərdi üslubuna, görə qiymət verilir. Yazıçı seçdiyi, işlətdiyi hər bir sözə, ifadəyə, adlandırmaya və s. cəhətlərə çox məsuliyyətlə yanaşır, ən düzgün olanı seçir və yalnız bu zaman müvəffəqiyyət qazana bilir [62, s. 23].

S.Krijijovski adlandırma məsələsini bu cür təsvir edir: ad papaq yox, başdır ki, onsuz bədənin varlığı qeyri-mümkündür. Bu fikir əsərin adı haqqında tam təəssürat yaradır, onun əsərdə oynadığı rolu aydınlaşdırır [118, s. 207].

Bədii əsər adları özünün maraqlı xüsusiyyətləri, rəngarəngliyi ilə seçilir. Həyatın bütün sahələrini əhatə edən bədii əsər adları məzmun və mövzu baxımından zəngin olduğu kimi adları da bir o qədər zəngindir. Azərbaycan ədəbiyyatına nəzər yetirdikdə bədii əsər adlarının milli dilimizin leksikonu əsasında yarandığına, bütün qanun və prinsiplərə əməl edildiyinə, qrammatik qaydalarına uyğunlaşdırıldığına şahid oluruq.




Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin