Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə41/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   37   38   39   40   41   42   43   44   ...   103
Gözəlləmələr. Lirik duyğular yaradan bu aşıq havalarının kökündə gözəlləri, təbiəti, igidliyi və s. vəsf etmək, tərənnüm etmək dayanır. Gözəlləmələr sakit ifa olunur, lirik və duyğusaldır. İlqar İmamverdiyev “Gözəlləmələr”in 38 adda olduğunu qeyd edir [78, s. 66]. Gözəlləmələr həsr olunduğu mövzulara görə aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Şəxs adları əsasında yaranan gözəlləmələr: Bu şəxs adı ya gözəlləməni yaradanın, ya da saz havasını daha gözəl ifadə edənin adına adlandırılıbdır. “Pənah gözəlləməsi”, “Vaqif gözəlləməsi”, “Əhməd gözəlləməsi”, “Abbas gözəlləməsi”, “Azaflı gözəlləməsi” .

  2. Yer adları ilə bağlı gözəlləmələr: “Gəncə gözəlləməsi”, “Şirvan gözəlləməsi”, “Göyçə gözəlləməsi”, “İrəvan gözəlləməsi”, “Borçalı gözəlləməsi”, “Aran gözəlləməsi” və s.

  3. Rəqs havalarına həsr olunan gözəlləmələr: “Mixəyi gözəlləməsi”, “Kəsmə gözəlləməsi”, “Çuxuroba gözəlləməsi” və s.

  4. Dastan qəhrəmanın adına olan gözəlləmə: “Kərəm gözəlləməsi”, “Koroğlu gözəlləməsi” və s.

  5. Etnonimə həsr olunan gözəlləmə: “Tərəkəmə gözəlləməsi”. Ümumiyyətlə, “Tərəkəmə” etnoniminə bir çox musiqi, rəqs havaları həsr olunmuş və bu havaların hamısı şən, ritmik notlar üzərində qurulmuşdur.

  6. Ümumi mövzulara dair gözəlləmələr: “Qızlar gözəlləməsi”, “Toy gözəlləməsi” və s.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin