Xalq mahnıları Xalq mahnılarının yaradıcısı elə xalqın özüdür. Ona görə də, xalq mahnıları bəstəkar mahnıları ilə müqayisə də daha sadə, yığcam, kiçik həcmli, bəsit, həmçinin, daha çox sevilən olurlar. Yaradıcısı bəlli olmadığından, yarandığı dövrdən bu günə kimi ağızdan-ağıza keçərək yeni nəslə ötürüldüyündən bəzən xalq mahnılarında çoxvariantlılıq müşahidə olunur. Xalq mahnılarımızda sevgi, vətənə məhəbbət, zəhmət, hicran, nisgil, ayrılıq və s. əsas mövzudur. “Ay bəri bax”, “Aman ovçu”, “Evlərinin dalı qaya”, “Uca dağlar başında”, “Telli yar”, “Qaragilə”, “Evləri var xana-xana”, “Sona bülbüllər”və s. dillər əzbəridir. Həyatın bütün sahələrini özündə əks etdirən xalq mahnıları maraqlı linqvistik xüsusiyyətlərə malikdirlər.
Dostları ilə paylaş: |