SECİYYESİ VƏ ETİMOLOJİ TƏHLİL 2.1.Xrematonimlərə xas xüsusiyyətlər. Ktematonimlərin bir qrupunu zəngin tərkibə malik xrematonimlər təşkil edir. Xrematomiya materiya, mədəniyyətə, elmə və texnikaya verilən adların, o cümlədən kosmik gəmilərin adlarını öyrənilməsi ilə məşğuldur. Bura geyim, yemək, parça, mebel, xalça, mahnı, daş-qaş, silah adları, musiqi alətlərinin adları – ümumiyyətlə məişətdə işlənən əşyaların xüsusi adlarının hamısı bu qrupa daxildir. Xrematonim yunan mənşəli chrematos+onoma sözündən olub “əşya”, “iş” anlayışı bildirən termindir. Xrematonimlər bir neçə funksiyaya malikdirlər:
Nominativ funksiya: xrematonim adlandırılır və bunun sayəsində obyekti başqa obyektlər arasından tanıyırıq.
Simvolik funksiya: xrematonimlərin bir çoxunun adını simvollar təşkil edir.
Ekspressiv funksiyası: verilən ad dinləyicilərdə obyektə qarşı müəyyən hisslər formalaşdırır, onun şüurunda ayrı-ayrı təsəvvürlər arasında əlaqə yaradır.