Mürəbbə adları. Milli mətbəximizdə elə bir meyvə yoxdur ki, ondan mürəbbə bişirilməsin. “Alma mürəbbəsi, Çiyələk mürəbbəsi, Gilas mürəbbəsi, Zoğal mürəbbəsi, Heyva mürəbbəsi, Qızılgül mürəbbəsi, Qoz mürəbbəsi, Ərik mürəbbəsi” və s. mürəbbə adlarının hamısı demək olar ki, “mürəbbə” sözünün köməyi ilə yaranır. Birləşmənin birinci tərəfi isə mürəbbə hansı meyvədən bişirilirsə onun adı ilə də ifadə olunur. Bundan başqa mürəbbə ilə yanaşı “cem” sözü də işədilir. Bu meyvələrin maşından keçirilərək qatı halda bişirilərkən aldığı formasıdır. Ən çox əncir, ərik, alma, şaftalı bitkilərindən hazırlanır və səhər yeməyində istifadə olunur.