Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Dərman preparatlarının adları



Yüklə 0,99 Mb.
səhifə68/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   64   65   66   67   68   69   70   71   ...   103
Dərman preparatlarının adları. Dərman sözü farscadan “əlac, tədbir, çarə” kimi tərcümə edilir. Dərman preparatlarının adı əsasən avropa dilində olan sözlərlə ifadə olunurlar. Məsələn, Hidroksizin, Diumankal, Medroksiprogesteron, Flukonazol və s. Bildiyimiz kimi tibbdə işlədilən terminlərin əsas hissəsini yunan və latın sözləri təşkil edir. Dərman adlarına nəzər yetirdikdə müşahidə edirik ki, milli sözlərimizlə ifadə olunan dərman adları kəmiyyətcə azlıq təşkil edir. Məsələn, Nanə cövhəri, Gənəkərçək yağı, Bağayarpağı ekstraktı, Kəklikotu ekstraktı, Gülxətmi Şərbəti, B vitaminləri qrupu, Naftalan məlhəmi və s. Dərman preparatlarının adlarını demək olar ki, əksəriyyətini brend adlardan ibarətdir. Dərman adları ilə bağlı vahid qayda yaradılıb.

Azərbaycan Səhiyyə Nazirliyinin Farmakoloji və Farmakopeya Ekspert Şurası “Dərman vasitələrinə rasional ad verilməsi qaydaları”nı təsdiqləyib.
Nazirlikdən verilən məlumata görə, son vaxtlar dərman vasitələri adlarında həddindən artıq müxtəliflik müşahidə edilir. Dərmanların çox saylı, tez-tez dəyişən adları dərman istehlakçılarını və həkimləri çaşdırır. Yeni qaydalara görə, dərman vasitələrinə ad seçərkən bu seçimin tibbi, hüquqi, iqtisadi cəhətlərini nəzərə almaq, mütəxəssis-ekspertlərin hərtərəfli kollegial müzakirələri nəticəsində müəyyənləşdirilmiş, tarixi cəhətdən əsaslandırılmış, beynəlxalq təcrübədə formalaşmış meyarları və elmi tövsiyələri nəzərə almaq lazımdır. Dərmanların kimyəvi adları Təmiz və Tətbiqi Kimya üzrə Beynəlxalq İttifaqın (İUPAC) tələblərinə uyğun olaraq, dərman maddəsinin tərkibini və quruluşunu əks etdirməlidir. Dərmanların adlarında olan fonetik (səslənməsi) və qrafik (vizual görünüşü) oxşarlığın olmaması üçün müqayisə olunan dərmanların adlarının söz tərkibində olan hərflər hər bir halda üç və daha çox olmaqla, fərqlənməlidir
[130].


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin