Aprobasiyası və tətbiqi. Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda Nəzəri dilçilik şöbəsində hazırlanmışdır. Dissertasiyanın qısa məzmunu və nəticələri müəllifin elmi konfranslardakı məruzə və çıxışlarında öz əksini tapmışdır. Dissertasiya müdafiəyə təqdim olunana kimi AAK-ın tövsiyə etdiyi elmi toplularda müəllifin mövzu ilə bağlı 8 materialı (məqalə və tezislər) yerli və xarici mətbuatda çap olunmuşdur.
Dissertasiya işinin yerinə yetirildiyi təşkilatın adı:Dissertasiya Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsində yerinə yetirilmişdir.