Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə80/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   76   77   78   79   80   81   82   83   ...   103
Qarayaz ayı bu dövr əsasən yazdan sonrakı 40 günü əhatə edir. Dövrün “Qarayaz” adlanmasına səbəb keçmişdə kəndlilərin, xüsusilə elat camaatının həyatında çətin və ağır dövr sayılması ilə əlaqədardır. Martın hamısı aprelin yarısı –ifadəsi, görünür, bununla bağlı yaranmışdır [19, s. 515]. Yazın gəlməsinə baxmayaraq havalar soyuq, küləkli və dəyişkən olur. Evlərdə hələ də peçlər yanır. Bu dövrdə qış tədarükü də qurtarırır. Ona görə də xalq yazın bu dövrünə “Qara+yaz”–yəni yazın pis dövrü adlandırırlar. “Qarayaz” xalq arasında “Oğlanqıran”, “Keçiqran” adları ilə də məşhurdur. Belə adlandırılmasına səbəb isə qışdan arıq çıxan ev heyvanlarının tələf olmasıdır. Fikrimizcə, bu dövrə “Qarayaz” ona görə deyilir ki, həmin vaxt havaların çox isti olmamasına baxmayaraq günəşin şüaları insanı çox yandırır və qaraldır. Bu səbəblə də, yazın bu dövrü “qarayaz” adlanır.

Qoradöyən ay – İlin bu dövründə üzümün qoraları yavaş-yavaş yetişməyə başlayır. Üzümün qoraları yığılaraq yuyulub təmizlənir, daha sonra yuyulmuş qoralar döyülərək suyu çıxardılır. Əldə edilmiş su abqora (qora suyu) adlanır. Nəhayət, ilin bu zaman kəsiyində qora döyülüb abqora tutulduğu üçün həmin vaxta qoradöyən ay deyilmişdir


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin