Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova



Yüklə 0,99 Mb.
səhifə81/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   77   78   79   80   81   82   83   84   ...   103
Qorabişirən ayı – yayın bu dövrü ən isti dövrüdür. Əsasən avqustun ortalarınadək davam edir. Avqustun ortalarından başlayaraq üzüm qoraları sürətlə yetişməyə başlıyır, sanki üzüm gilələri bişib qaralır. Bu səbəbə görə də yayın bu dövrünə qorabişirən ay deyirlər.

Quyruqdondu – bu ay əsasən avqustun 15-dən başlıyır. El arasında “havanın sınması” kimi ifadə də işlədilir. “Yaylaqlarda çoban quyruq əridib gecə çölə qoyurlar. Ertəsi gün quyruq yağı donmuş olardısa, deməli, onda dağların soyuqları başlıyır. Bundan sonra istinin üzü dönür, yayın bəyliyi qurtarır” [19, s. 523, 524]. El nəfəskəsən istilərdən sonra avqustun ortalarını səbrsizliklə gözlüyür. Artıq havada bir sərinlik, yumşalma hiss olunur.

Xəzan ayı – payız ayına deyirlər. Bu aylarda yarpaqlar saralıb düşdüyünə görə xəzan adlanır. Payızın son aylarında soyuqların düşməsi ilə əlaqədar olaraq “Naxırqovan” da deyilir . Çünki, bu ərəfədə mal-qara qazmalarda saxlanır. Soyuqla əlaqədar olaraq ev heyvanları naxıra çıxarılmır. Bu səbəblə də ilin bu dövrü xalq arasında “naxırqovan” da deyilir.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin