Ümumxalq hüzn günü – xalqımızın tarix səhifəsinə qanlı həriflərlə yazılmışdır. 1990-ci il yanvarın 19-dan 20-ə keçən gecə rus qoşunları Bakıya yeridildi. Qarşılarına çıxan dinc sakinləri gülləbaran edib, uşaqlara, qocalara rəhm etmədilər. Səhər küçələrə çıxan xalq yolları qərənfil yağışına tutdu, qara libas geyinib yas saxladı. Ona görə də, “20 yanvar – Qanlı yanvar, Ümumxalq hüzn günü” kimi də adlanır. Hər il 20 yanvar xalq azadlıq uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini əziz tutur, Şəhidlər Xiyabanına onları ziyarətə gedirlər.