Mürəkkəb söz şəklində yaranan ktematonimlər: Digər mürəkkəb sözlər kimi iki və daha artıq sözün birləşməsindən yaranır. Məsələn, Gəmiqaya (abidə Ordubad şəhəri), Təkeşey (məscid, Ordubad), İçərişəhər (abidə, Bakı), Göyçəkənd (stansiya, Göygöl rayonu), Lobyaçilov, Mərciçilov, Səbzəqovurma, Balıqplov, Küküplov, Nəmriplov, Badımcanplov, Əriştəplov, Qiyməplov, Döşəməplov, Bozdöşəmə, Turşmürğ, Narlıaş, Lovyaçilov, Sirkəplov və s. Bəzi mürəkkəb ad şəklində olan ktematonimlər də öz xüsusiyyətlərini itirərək mürəkkəb söz birləşməsi şəklinə düşmüşdür. Məsələn, Bakikom MMC, Azərenerji, Bakinternet, Azəriqazbank və s. Yadigar Cəfərli yazır: “Yeni ktematonimik vahidlərin dildə ahəngdarlığını təmin etmək üçün onların ixtisarı zamanı da müxtəlif ənənəvi üsullardan istifadə edilmişdir”
Dostları ilə paylaş: |