Dissertasiya iddiaçı: Lianna Hüsü qızı Əmrahova


Morfoloji yolla yaranan gələn ktematonimlər



Yüklə 0,99 Mb.
səhifə91/103
tarix06.01.2022
ölçüsü0,99 Mb.
#113097
1   ...   87   88   89   90   91   92   93   94   ...   103
3.2. Morfoloji yolla yaranan gələn ktematonimlər
Bu yolla əmələ gələn ktematonimlər də digər düzəltmə onomastik vahidlər kimi söz kökünə şəkilçi artırmaqla yaranırlar. Bildiyimiz kimi hal-hazırda bu yolla yaranan yeni sözlər çox məhsuldardır. Səlim Cəfərov yazır: “ Öz tarixi etibarı ilə morfoloji yolla yeni sözlərin yaranması sintaktik yolla söz yaradıcılığının bir mərhələsini təşkil etmişdir. Dilimizin qədim dövrlərində uzun zaman sadə sözlərdən mürəkkəb sözlər düzəlməsi prosesi mühüm yerlərdən birini tutmuşdur. Sonralar mürəkkəb sözün tərkibində olan bir sözün tərkibində olan bir sözün şəkilçiyə çevrilməsi yolu ilə morfoloji proses meydana gəlmişdir” [40, s.137]. Düzəltmə ktematonimlərin yaranmasında fəal iştirak edən bir neçə şəkilçini nəzərdən keçirək :

-lı, -li, -lu, -lü şəkilçisi. Bu şəkilçi çox məhsuldardır və müxtəlif məna çalarlarlı onomastik vahidlər əmələ gətirən şəkiçilər qrupuna daxildir. Daha çox yer-yurd adları, familiyaların yaranmasında iştirak edir. Məsələn, Ələkli, Muğanlı, Qaraqaşlı, Həsənli, Məmmədli, Əlilli və s. Ktematonimlər müşahidə etdik ki, rəqs havaları, xalça adlarını yaramasında bu şəkilçi fəal iştirak edir. Məsələn: “Sinili”, “Butalı”, “Sarılı”, “Zili”(xalça adları), “Badamlı” , “Bakılılar” (1938, rejissor V.V.Turin), “Kəndlilər” (1939, rejissor S. Mərdanov) , “Davudlu” kiçik müəssisəsi və s.


Yüklə 0,99 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   103




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin