Dissertasiya uzərində iş



Yüklə 239,51 Kb.
səhifə4/5
tarix13.04.2022
ölçüsü239,51 Kb.
#115273
1   2   3   4   5
Dissertasiya uzərində iş

Əlavələr

Şəkillər
    • Şəkillər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
    • Şəkillər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.
    • Dissertasiyada şəkillər ardıcıl nömrələnir.
    • Dissertasiyada bir şəkil olduqda, o nömrələnmir, “Şəkil” sözü və şəklin adı yazılır.
    • “Şəkil” sözü, onun nömrəsi və adı şəklin altında yazılır..
    • Dissertasiyaya daxil edilən şəkillər keyfiyyətli olmalıdır.
    • Dissertasiyada kompüter qrafikası ilə yerinə yetirilmiş şəkillərdən və orijinal fotolardan istifadə etmək olar.
    • A4 formatından kiçik olan fotolar standart ağ vərəqə yapışdırılmalıdır.
    • Qeyri-standart ölçülü şəkillər qatlandıqdan sonra А4 formatına uyğun olmalıdır.
    • Dissertasiyanın mətnində olan şəkillərin hər birinə istinad edilir.

Cədvəllər
    • Cədvəllər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.
    • Cədvəllər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdən sonra onları rahat oxumaq mümkün olsun.
    • Dissertasiyada cədvəllər ardıcıl nömrələnir.
    • Dissertasiyada bir cədvəl olduqda, o nömrələnmir, “Cədvəl” sözü və cədvəlin adı yazılır.
    • Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirdikdə sətirlərdəki bütövlük gözlənilməlidir.
    • Dissertasiyanın mətnində olan cədvəllərin hər birinə istinad edilir.

Qrafiklər

Qrafiklər dissertasiyanın mətnində ilk dəfə istinad edilən yerdə, növbəti səhifədə və ya əlavələrdə verilə bilər.

Qrafiklər elə yerləşdirilməlidir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdə onlara rahat baxmaq mümkün olsun.

Dissertasiyada qrafiklər ardıcıl nömrələnir.

Dissertasiyada bir qrafik olduqda, o nömrələnmir, “Qrafik” sözü və qrafikin adı yazılır.

“Qrafik” sözü, onun nömrəsi və adı qrafikin altında yazılır. 

Dissertasiyanın mətnində olan qrafiklərin hər birinə istinad edilir.


Yüklə 239,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin