Distant t hsil texnologiyalar Distant (m saf li) t hsil alma me
1874-cü ildə isə poçt vasitəsi ilə təhsil proqramı İllinoys ştatının Universiteti tərəfindən təklif olunmuşdur. “Poçt təhsilinin atası” sayılan Vilyam Reyn Xapper 1892-ci ildə Cikaqo Universitetində ilk distant təhsil şöbəsi yaratdı. 1906-ci ildə isə poçt təhsili yaradılmışdı.
Bir müddətdən sonra distant təhsil Avstraliyaya çatdi. 1911-ci ildə Brisbenddə Kvinsland Universitetində ali məktəb səviyyəsində kurslar açıldı. 1914-cü ildə adi orta məktəblərdən uzaqda yaşayan uşaqlar ücün ibtidai sinif proqramı ilə poçt vasitəsi ilə təhsilə başlanmışdı.