Distant t hsil texnologiyalar Distant (m saf li) t hsil alma me
* Müasir təlim vasitələrindən və texnologiyalarından istifadə olunması hesabına təlimin keyfiyyətini artırmaq olur;
* Materiallar interaktiv formada təqdim edildiyi üçün onun daha keyfiyyətli mənimsənilməsinə imkan yaradır;
* Təhsil prosesi bütövlükdə müəllimlər tərəfindən dəstəklənir. Materialın mənimsənilməsinə, tapşırıqların yerinə yetirilməsi prosesinə müəllimlər tərəfindən nəzarət edilir, şagirdlərin sualları cavablandırılır, yaranmış problemlərin aradan
qaldırılmasına köməklik göstərilir;
* Təcrübə göstərir ki, distant təhsil alan şagird daha müstəqil, məsuliyyətli və çevik olur. Çünki bu keyfiyyətləri olmasa o, sadəcə oxuya bilməz. Bu keyfiyyətlər əvvəlcədən olmasa belə, təhsil almağa olan istək və səbəblər o dərəcə güclü olur ki, təlimin sonunda onlar əmək bazarının tələblərinə tam cavab verən mütəxəssislər kimi yetişə bilirlər;
* Amerika Birləşmiş Ştatlarında aparılmış sorğuda iştirak etmiş müəllimlərin 57%-i məsafədən təlimin nəticələrinin ənənəvi təlim üsulundan geri qalmadığını, hətta daha yaxşı nəticələrin əldə edildiyini, 33,3%-i isə yaxın gələcəkdə distant təhsil formasının auditoriya təlimi üsulundan daha geniş yayılacağını hesab etmişlər.