Договор об оказании услуг

Sizin üçün oyun:

Google Play'də əldə edin


Yüklə 29.48 Kb.
tarix22.10.2017
ölçüsü29.48 Kb.


GİRİŞƏ NƏZARƏT SİSTEMLƏRİNIN TƏMIRI VƏ SERVISI ÜZRƏ TEXNİKİ XİDMƏT MÜQAVİLƏSİ
___

Bakı şəhəri « ___» ___________20_____ il


Bir tərəfdən Nizamnaməsinə uyğun fəaliyyət göstərən, direktor Talışxanov Elçin Musa oğlu şəxsində təmsil olunan “CYFRAL BAKI” Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra “İcraçı” adlandırılacaq) digər tərəfdən ______________ rayonu, ________________________kücəsi, prospekti ev___, mənzil_________ yaşayan _____________________ ____________________________________ şəxsində (bundan sonra “Sifarişçi” adlanacaq), arasında aşağıda göstərilən şərtlər daxilində müqavilə bağla

1. Müqavilənin mövzusu
1.1. Bu müqaviləyə əsasən “İcraçı” tərəf, “Sifarişçi” tərəfin tapşırığına əsasən girişə nəzarət sistemlərinin (________ domofon açar dəstinin) bundan sonra çox abonentli domofon(ÇD) təmiri və servisi üzrə texniki xidmət göstərilməsini, “Sifarişçi” isə öz növbəsində ödənişi üzərinə götürür.

1.2. “Icraçı” 1.1 bəndində göstərilən texniki xidməti, bu müqavilənin 3-cü bəndində göstərilən müddət və qaydada üzərinə götürür.


2. Xidmət göstərilməsi qaydası

2.1. ÇD-nun texniki qulluğuna aşagıdakılar daxildir:

a) ÇD-nin tənzimlənərək işə salınması;

b) “Sifarişçi”nin çağırışına əsasən ÇD-nin təmiri üçün yerinə 36 saat ərzində çıxış (istirahat və bayram günləri istisna olmaqla);

v) Mümkün olan nasazlıqları aradan qaldırılması və nasaz hissələrin dəyişdirilməsi;

q) Hidravliklərin cədvələ əsasən təmir və tənzimlənməsi, sıradan çıxanların dəyişdirilməsi;

g) “Sifarişçi”nin istəyi ilə ÇD istismara verildikdən sonra yaxud texniki xidmət zamanı texniki təlimin keçirilməsi;

d) ÇD-nun cari və əsaslı təmiri. ÇD-da baş vermiş nasazlıgın aradan qaldırılması üçün ”İcraçı”, “Sifarişçi”nin çağırışına əsasən sifariş daxil olduqdan iki gün ərzində istifadəyə verilmiş obyektə gəlməlidir (bayram və istirahət günləri istisna olmaqla). ÇD-nun texniki qulluq və yaxud təmirdən sonra işlək vəziyyətdə olmasi “Sifarişçi” tərəfindən yoxlanır və naryad blankında qeyd olunur.

2.2 “Sifarişçi” görulən işi qəbul etdikdən sonra hər hansı bir nasazliqla üzləşərsə bu barədə dərhal icraçını məlumatlandırmalıdir.

2.3.ÇD-nun istismar müddəti (5il) bitdikdən sonra təyinatı üzrə istismarın texniki mümkünlüyü icraçı və sifarişçinin nümayəndəsindən ibarət olan komissiya tərəfindən araşdırılır və yekun rəy çıxarılır.



3.Görülən işlərin qiyməti və hesablaşma qaydaları

3.1. Montaj-quraşdırma işləri bitdikdən sonra ÇD-nun texniki gulluq və təmiri ayda mənzil başına 2 ( iki ) manat təşkil edir.

3.2. ÇD-nun texniki gulluq və təmir qiymətinə istismar zamanı əmələ gələn xarakterik nasazlıqların aradan qaldırılması üçün görülən işlər daxildir.

3.3. İcraçı tərəfindən təqdim olunan xidmətə görə ödəniş qəbzlər üzrə və (cari aya görə) növbəti ayın beşindən gec olmayaraq aparılır.

3.4. Bu müqaviləyə əsasən ödənişin vaxtında aparılmaması və yaxud tam ödənilməməsi hallarinda icraçi 2.1 bəndində təqdim olunan xidmətin həcmini ödənilmiş məbləqə uygun düz mütənasib endirilməsi hüququna malikdir.

3.5. ÇD-nun təmiri, üçünçü şəxslərin qanunsuz müdaxiləsi (oğurluq halından başqa) və sərf olunan ehtiyat hissələri “Sifarişçi” tərəfindən ödənilmir. Bu qayda, “Sifarişçi“ tərəfindən ötən rübün ödənişinin 100% ödənildiyi halda tətbiq olunur.

3.6.Nasazlıq sifarişçinin avadanlıq istismar qaydalarını pozduqda həmçinin kənar şəxslər tərəfindən avadanlığın təmiri və təmirinə cəht göstərildiyi halda baş verdiyi halda təmir preyskuranta əsasən aparılır.

4.Tərəflərin hüquq və vəzifələri

4.1. Sifarişçinin hüququ:

4.1.1. İcraçı tərəfdən görülən işin həcminə və keyfiyyətinə nəzarət;

4.1.2. İcraçı ilə razılasdırılaraq görulməli işlərin müddətini dəyişmək;


4.2. Sifarişçinin vəzifələri:

4.2.1. ÇD-nu təlımata uyğun istismar etmək;

4.2.2. İcraçi tərəfin işçilərinin obyektə maneəsiz buraxılmasını təmin etmək; 4.2.3. İcraçıya müvafiq sənədləri təqdim etmək;

4.2.4. Bütün nasazlıqlar barədə vaxtında icraçını məlumatlandırmaq;


4.3. İcraçının hüququ:

4.3.1. Sifarişçi tərəfin bu müqavilənin göstərilən xidmətlərə görə ödəniş şərtlərini yerinə yetirmədiyi hallda texniki qulluq işlərini dayandırmaq və yaxud həcmini azaltmaq;

4.3.2. Sifarişçi tərəfdən bu müqavilənin göstərilən xidmətlərə görə ödəniş şərtlərini yerinə yetirməyən abunəçinin mənzilindən çağırış blokunu idarəedilməsini məhdudlaşdırmaq.
4.3.3. Birtərəfli qaydada göstərilən texniki xidmət haqqı ildə bir dəfədən çox olmamaq şərti ilə və sifarişçini əvvəlcədən məlumatlandırdıqdan sonra artıra bilər;
4.4. İcraçının vəzifələri:

4.4.1. Bu müqaviləyə əsasən sifarişçi tərəfindən ödəniş şərtləri yerinə yetirildiyi halda təyin olunmuş müddət və həcmdə texniki qulluq və təmiri həyata keçirmək;

4.4.2. Müvafiq ixtisaslı mütəxəsislər tərəfindən texniki qulluq və təmirin aparılması;

4.4.3. Obyektdə texniki və yanğından mühafizə təhlukəsizlık qaydalarına riayət etmək;



5. Tərəflərin məsuliyyəti
5.1 Hər hansı bir tərəf bu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca yerinə yetirmədikdə qarşı tərəf digər tərəfə dəymiş ziyanı ödəyir. Şərtlərin yerinə yetirilməməsi hallarında tərəflər Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq məsuliyyət daşıyırlar.

5.2. Texniki qulluq və təmir işlərinin keyfiyyətsiz aparılması hallarında “İcraçı” öz hesabına çatışmamazlıqları aradan qaldırır.

5.3. İcraçı tərəf şərtlərin yerinə yetirilməməsinin səbəbkarının “ Sifarişçi” olduğunu subuta yetirdiyi halda məsuliyyətdən azad olunur.
6. Müqavilənin müddəti və xitam verilməsi qaydaları.

6.1. Bu Müqavilə  Tərəflərin onu imzaladığı gündən qüvvəyə minir və 1 (bir) il ərzində qüvvədə qalır. Əgər Tərəflərdən heç biri fəaliyyət müddəti bitənədək 30 (otuz) gün ərzində onun ləğv edilməsi haqqında bildirməzsə, müqavilə növbəti dövr üçün uzadılır. 6.2. Hər hansı bir tərəf bu müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri tam və ya lazımınca yerinə yetirmədikdə qarşı tərəf digər tərəfə 30 (otuz) gün xəbərdarlıq müddəti verir. Həmin müddət ərzində tərəflər öz öhdəliklərini yerinə yetirmədikləri təqdirdə son xəbərdarlıq etməklə bu müqaviləyə xitam verilə bilər. Müqaviləyə xitam verildiyi halda tərəflər mühasibat üzləşməsi apararaq tam qarşılıqlı hesablaşma aparılır. Bu müqavilə üzrə tərəflər öz öhdəliklərini yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi hallarında, bütün mübahisəli məsələlər danışıq yolu ilə həll olunur. Tərəflər arasında yaranan hər hansı bir mübahisə və narazılıqlar tərəflər arasında həll edilə bilmədiyi təqdirdə, mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun tənzimlənəcəkdir.


7. Tərəflərin hüquqi ünvanları və rekvizitləri.


___________________________________

CYFRAL BAKI” MMC

___________________________________

Hüquqi ünvan: Xəzər rayonu Şüvəlan

___________________________________

ŞTQ bag sahəsi 1489

___________________________________

Faktiki ünvan:Z. Bünyadov 30/22 bina 5A

(+99412 ) ___________________________

VOEN 1200542791

(+9945_ ) ___________________________

H/hAZN AZ44IBAZ40060019441605169202

(+99455 ) ___________________________

Tel:012-436-02-18, 051-399-29-41,

(+9947_ ) ___________________________

055-699-29-41, 070-999-29-41

























İmza

Direktor E.Talışxanov



















Quraçdırılan avadanlıq _______________










Qurraçdırmanı icra edən montajçı




______________________________




(Adı soyadı)










İmza







Dostları ilə paylaş:
Orklarla döyüş:

Google Play'də əldə edin


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə