Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


PEYĞƏMBƏRİN ƏMİSİ VƏ ƏMİSİNİN ÖVLADLARI



Yüklə 0,94 Mb.
səhifə10/44
tarix02.02.2022
ölçüsü0,94 Mb.
#114006
1   ...   6   7   8   9   10   11   12   13   ...   44
PEYĞƏMBƏRİN ƏMİSİ VƏ ƏMİSİNİN ÖVLADLARI
Budur, onlar hətta Peyğəmbərin özünə ata əvəzi saydığı möhtərəm əmisini də söyürlər.

Kəşşi qeyd edir ki, Məhəmməd Baqir demişdir: "Bir kişi atamın (Zeynalabidinin) yanına gəlib dedi ki, filankəs — yəni Abdulla ibn Abbas — iddia edir ki, o, Quranın bütün ayələrini, onların hansı gün və nə ilə əlaqədar nazil olduqlarını bilir. O (Zeynalabidin) dedi: — Onda ondan soruş ki, "Kim bu dünyada kor olsa, o, axirətdə də kor olar, o öz yolunu daha çox azar" (17/72) ayəsi kimin haqqında nazil olmuşdur. "Mən sizə nəsihət etmək istəsəm, nəsihətim fayda verməz" (11/34) ayəsi nə haqqında nazil olmuşdur", "Ey iman gətirənlər, səbr edin, səbirli və dözümlü olun!...” (3/200) ayəsi nə haqqında nazil olmuşdur? Kişi onun yanına getdi. O, kişiyə dedi: — Mən istərdim ki, bunu sənə əmr edən mənim özümdən soruşaydı, mən də ona suallar verəydim. Lakin sən özün ondan soruşsan ki, Ərş nədir, nə vaxt xəlq olunmuşdur və necədir, kifayət edər. Kişi onun yanından atamın yanına qayıtdı və onun dediklərini atama dedi. O (Zeynalabidin) isə dedi: — O, ayələr haqqında sənin sualına cavab verdimi? Kişi dedi: — Yox. Atam dedi: — Lakin mən onlar haqqında heç bir iddiasız və heç nəyi yalandan öz adıma çıxmadan nur və elmlə cavab verəcəyəm; birinci iki ayə onun atası (Peyğəmbərin əmisi Abbas) haqqındadır, sonuncu isə mənim atam və bizim haqqımızdadır".72

Kəşşi Zeynalabidin haqqında da onun Ibn Abbasa belə dediyini qeyd edir: "Ey Ibn Abbas, sən bu ayənin kimin haqqında nazil olduğunu bilirsənmi: "O nə pis köməkçi, nə pis yoldaşdır!" (22/13). Mənim atam haqqında, yoxsa sənin atan haqqında?" Sonra isə guya belə demişdir: "Vallahi, əgər sənin bildiyin məsələ olmasaydı, mən sənə sənin aqibətinin nə olduğunu bildirərdim, sən də işini bilərdin..." Əgər mənə izn verilsəydi, bütün bu xalq eşitsə belə, dediyimi deyərdim ki, ondan imtina etsinlər və onu inkar etsinlər".73

Molla Bağır, Küleyninin Məhəmməd Baqirin haqqında belə dediyini rəvayət edir: "Əli (Allah ondan razı olsun!) onun haqqında demişdir: — Bəni Haşimdən iki fərli adam qalmışdısa, onlar da Cəfər və Həmzə idilər, onlar getdilər, onlardan sonra bu qəbilədə iki zəif, iki zəlil kişi — Islamı yenicə qəbul etmiş Abbas və Əqil qaldılar".74

Bu onların Peyğəmbərin əmisi haqqında dedikləridir. Onun oğlu, ümmətin ilk ruhaniyyət alimi, Quranın tərcümanı, Rəsulullah səlləllahü əleyhi və səlləmin dostu Abdulla ibn Abbası isə onlar xəyanətdə ittiham edib onun haqqında belə demişlər: "Əli salavatullah əleyhi Abdulla ibn Abbası Bəsrəyə vali təyin edir. O isə Bəsrədəki beytül-malda (xəzinədə — tərc.) nə varsa hamısını götürüb, Əli əleyhissəlamı tərk edib Məkkəyə gəlir. Həmin pulun məbləği iki milyon dirhəm olub. Bunu eşidən Əli minbərə qalxır, ağlayır və deyir: — Bu da Rəsulullah səlləllahü əleyhi və alihinin əmisi oğlu! O öz elminə və qədir-qiymətinə baxmayaraq, belə edib. Onda bəs ondan əskik olanlara necə arxalanmaq olar? Allah, mən artıq onlardan cana doymuşam, məni qüvvəmi itirməmiş və yorulub əldən düşməmiş onların yanından Öz yanına apar".75

Kəşşi bunları "Əlinin Abbasın oğlanları Abdulla və Übeydullaya qarğışı" adlı müstəqil bir fəsil şəklində verir, sonra öz fikrini Əbu Cəfər əleyhissəlamın adından danışdığı bu yalan rəvayət vasitəsilə bildirir: "Əmirəlmöminin (Əli) əleyhissəlam demişdir: — Allah, filankəsin iki oğluna — yəni Abbasın oğlanları Abdullaya və Übeydullaya — lənət elə, onların gözlərini də qəlbləri kimi kor elə, onlar məni boğaza yığıblar, onların gözlərinin korluğunu qəlblərinin korluğuna dəlil elə".76

Buna bənzər yalançı, xəbis rəvayətlər onların "əl-Kafi"sində, Qümminin "Təfsir"ində, "əl-Əyyaşi”də, Safidə çoxdur.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin