Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ



Yüklə 0,94 Mb.
səhifə23/44
tarix02.02.2022
ölçüsü0,94 Mb.
#114006
1   ...   19   20   21   22   23   24   25   26   ...   44
MÜSHƏF KİMDƏDİR?
Bəs Allahın Məhəmməd səlləllahü əleyhi və səlləmə nazil etdiyi və Əli ibn Əbu Talibin topladığı və qoruyub saxladığı bu müshəf haradadır? Bu suala yenə də Küleyninin rəvayət etdiyi şiə hədisi cavab verir: "Səlim ibn Səlmə demişdir: "Bir dəfə bir nəfərin Əbu Abdulla əleyhissəlama Qurandan başqala-rının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdulla əleyhissəlam dedi: "Müdafiəçimiz zühur edənədək bu qiraətdən imtina edib sən də camaat oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun Özünün istədiyi kimi oxunacaq". Sonra o, Əli əleyhissəlamın yazdığı müshəfi çıxardı və dedi: "Əli əleyhissəlam onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: "Bu, Qüdrət və Cəlal sahibi Allahın Məhəmməd səlləllahü əleyhi və alihiyə nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən toplamışam". Camaat demişdir: "Budur, bizdə Quranın toplandığı müshəf var, bizim ona ehtiyacımız yoxdur". O demişdir: "Onda siz onu bu gündən sonra heç vaxt görməyəcəksiniz. Mənim borcum onu toplayandan sonra sizə göstərmək idi ki, oxuyasınız".179

Buna görə də şiələr inanırlar ki, onların sərdabəyə daxil olmuş məşhur Mehdisi hələ də oradadır. O ora Müshəflə birlikdə daxil olmuş və şiələrin hicri 588-ci ildə vəfat etmiş şeyxi Əbu Mənsur Əhməd ibn Əbu Talib Təbərisinin "əl-İhticac əla əhl əl-licac" kitabında qeyd etdiyi kimi, o özü bu uydurma sərdabədən çıxanda həmin müshəfi də özü ilə üzə çıxaracaq. Adı çəkilən kitabın müəllifi bu haqda öz kitabının müqəddiməsində oxucunu kitaba daxil olan rəvayətlərlə tanış edərkən deyir: "Misal gətirdiyimiz xəbərlərdən çoxunu ya onlar haqqında hamının eyni rəydə olduğunu, yaxud ağlabatan olduğunu, müxaliflər və tərəfdarlar arasında bioqrafiyalardan və kitablardan hamıya məlum olduğunu nəzərə alaraq istinadsız veririk".180

Bu kitabda oxuyuruq: "Məşhur imam Mehdi zühur edəndə onun əlində Rəsulullahın yaraq-əsləhəsi və onun qılıncı Zülfüqar olacaq. — Mən bunu başa düşmürəm ki, o, raketlər və atom bombaları əsrində bu silahla nə edəcək? Siz Allah, bilirsinizsə, mənə də deyin! — Bundan başqa onda Qiyamət gününədək onun şiəsi olmuş bütün adamların adları yazılmış bir lövhə olacaq, Camiə olacaq ki, uzunluğu yetmiş dirsək olan bir lövhədir; onda Adəm övladının möhtac olduğu hər şey yazılmışdır. Daha sonra onda Böyük Cifr və Kiçik Cifr olacaq. Bu bütün elmlərin, hətta cırmaq yerinin haqqını ödəmək qaydasının yazıldığı qoç dərisidir. Onda hətta bir parça dəri, parçanın yarısı, üçdə biri olacaq. Həmçinin onda Fatimə əleyhis-səlamın Müshəfi olacaq".181

Bu haqda əvvəldə də, onların dediklərinə görə, Əlinin "Mənim övladımdan bir müdafiəçi ayağa qalxanda" dediyi haqda danışılarkən də qeyd olunmuşdur.

Yenə də “əl-Kafi”də Küleyninin "bir neçə dostumuzun Səhl ibn Zeyddən, onun Məhəmməd ibn Süleymandan, onun özünün bəzi dostlarından, onların da Əbülhəsən əleyhissəlamdan" isnadı ilə rəvayət etdiyi bir hədis misal gətirilir. Ravi deyir ki, mən ona dedim: "Sənə fəda olum, biz Qurandan elə ayələr eşidirik ki, bizdə olan kimi deyil, biz də onları sizdən eşitdiyimiz kimi oxumağı bacarmırıq. Olmaya, biz günah işlədirik?" O dedi: "Yox, siz onları öyrəndiyiniz kimi oxuyun. Vaxt gələr, sizi öyrədəcək şəxs özü gəlib çıxar".182

Buna bənzər başqa bir rəvayəti də şiə mühəddisi Seyid Nemətulla Hüseyni Cəzairi qeyd edir. O, şiələrin böyük alimi, "əs-Safi" adı ilə tanınmış şiə təfsirinin müəllifi Mühsin Kaşinin şagirdidir. O həmin rəvayəti özünün "əl-Ənvar ən-Nemaniyyə fi bəyan mərifət nəşət əl-insaniyyə" əsərində göstərir. Bu əsərinin qaralamasını isə hicri 1089-cu ilin ramazan ayında tamamlamış və bu haqda onun müqəddiməsində demişdir: "Biz özümüzə söz vermişik ki, bu kitabda pak əleyhissəlamlardan (imamlardan — tərc.) götürdüklərimizdən başqa və rəvayətçilərin kitablarından götürülmüş və ancaq bizdə düzgün hesab edilən məlumatlardan başqa heç nə yazmayaq. Tarix kitablarına gəldikdə isə, onların əksəriyyətini kütlə yəhudi tarixlərindən köçürmüşdür. Ona görə də onlardan çoxu boş yalanlar və donuq hekayətlərdən ibarətdir".183

Şiə mühəddisi Cəzairi bu kitabında deyir: "Xəbərlərdə deyilir ki, onlar (yəni imamlar) öz şiələrinə əmr etmişlər ki, mövlamız Sahibəzzaman zühur edənədək bu mövcud olan Quranı namaz qılarkən və başqa hallarda oxusunlar və onun ehkamlarına əməl etsinlər. Bir zaman bu Quran adamların əllərindən çıxıb səma-ya qalxacaq və Əmirəlmömininin tərtib etdiyi Quran üzə çıxacaq. Onda onlar onu oxuyar və onun ehkamlarına əməl edərlər".184

Bu, şiələr arasında yayılmış elə bir əqidədir ki, az qala onların bütün sələfləri, barmaqla sayıla bilən bir neçə nəfərdən başqa, bu məsələdə həmfi-kirdirlər. O az adam da bu əqidəni yalnız aşağıda göstərəcəyimiz məqsədlərə görə inkar etmişdir.

Onların bu inkarı həm də dəlillərə və sübutlara əsaslanmır. Çünki şiə alimi Hüseyn ibn Məhəmməd Təqi Nuri Təbərsinin özünün məşhur "Fəsl əl-xitab fi isbat təhrif kitab Rəbb əl-ərbab" kitabında Seyid Nemətulla Cəzairidən misal gətirib dediyi kimi, on-lar şiələr arasında yayılmış bu xəbərləri və hədisləri inkar edə bilməzlər. Həmin misal belədir: "Bunu (yəni Hikmətli Kitabın təhrif olunmasını) sübut edən xəbərlər iki min hədisdən çoxdur. Müfid, tədqiqatçı Dəmmad, alim Məclisi kimi bir qrup və başqa-ları bu xəbərlərin çox geniş yayıldığını iddia edirlər".185

O, Cəzairidən belə bir misal da gətirir: "Dostlarımız Quranın təhrifinə açıq-aşkar sübut olan bu ardıcıl olaraq yayılmış xəbərlərin doğruluğu məsələ-sində həmfikirdirlər".186

Şiə təfsirçisi Mühsin Kaşi də buna bənzər bir fikir söyləyib deyir: "Əhl əl-Beyt əleyhiməssəlamdan bəhs edən bütün bu xəbərlərin və digər rəvayətlərin faydası odur ki, onlar bizim əlimizdə olan Quranın Məhəmməd səlləllahü əleyhi və alihiyə nazil olmuş Quranın hamısı olmadığını, habelə onda Allahın nazil etdiyinin əksinə olan, dəyişdirilmiş, təhrif olunmuş şeylərin olduğunu, ondan çox şeyin çıxarıldığını... həmçinin onun Allahın və Onun Rəsulunun razı olduğu tərtibdə olmadığını bildirirlər".187

Şiə təfsirçilərinin ən öncülü olan Əli ibn Ibrahim Qümmi (tanınmış bioqrafiya müəllifi Nəca-şi onu "hədis elmində nüfuzu sübut olunmuş etibarlı, etimad olunan, düzgün məzhəbli bir adam" ad-landırır. Bu sözlər də onun təfsiri haqqında deyil-mişdir: "Bu təfsir həqiqətən iki əleyhissəlam doğrucul adamın təfsiridir") öz təfsirinin müqəddiməsində deyir: "Quranda dəyişilmiş və dəyişdirilmiş, dəyişməz və bir-birinə bənzər yerlər... Allahın nazil etdiyinin əksinə olan yerlər, ayələr var".188

Qümminin təfsirini şərh etmiş bir şiə alimi Quranın təhrif olunduğuna dair alimlərin sözlərini qeyd edərək demişdir: "Lakin digər keçmiş və sonrakı alimlərin və mühəddislərin sözlərindən görünür ki, onlar Quranda naqislik olduğunu söyləyirlər. Belə-lərinə Küleyni, Bərqi, Əyyaşi, Nümani, Fürat ibn Ibrahim, Əhməd ibn Əbu Talib Təbərsi, Məclisi, Seyyid Cəzairi, Hürr Amili, Fütuni, Seyyid Bəhrani kimilərini misal göstərmək olar. Onlar öz məzhəblərini elə ayələr və rəvayətlərlə sübut etməyə çalışmışlar ki, onlara göz yummaq mümkün deyil".189

Bütün bunlar şiələrin məsum hesab etdikləri imamları haqqında söylənmiş, onların dediyinə görə mənsubiyyəti düzgün müəyyən edilmiş və məzmunu doğru olan, onların etibarlı hədis toplularına daxil olan, inanılan rəvayətlərin və hədislərin bəziləridir. Onların böyüklərinin bu məsələdə bəzi rəyləridir. Bu məzmunda o qədər rəvayət var ki, sayı-hesabı bilin-mir, hətta Mirzə Nuri Təbərsinin dediyinə görə bu hədis və rəvayətlərin sayı iki mindən çoxdur. Bundan sonra şübhə üçün yer qalmır ki, şiələr Allahın möminlərə onlara düzgün yolu öyrətmək və onlara öz rəhmini göstərmək, bütün adamlara fikirləşmək və düşünmək üçün xəbərdarlıq kimi nazil etdiyi Hikmətli Quranda təhriflərin olduğuna inanırlar. Allah isə Quranda demişdir: "Bu Kitab, ona şübhə yoxdur ki...",190 "ona nə əvvəl, nə də sonra batil yol tapa bilməz, o, Hikmətli və Təriflərə layiq Allahdan nazil olmuşdur",191 "Zikri Biz nazil etmişik, Biz də onu qoruyuruq",192 "Onu toplamaq və oxutdurmaq Bizim borcumuzdur. Biz onu oxuyanda sən qulaq as. Onun izahı da Bizim borcumuzdur",193 "Onun ayələri təkmilləş-dirilmiş, sonra Hikmətli və hər şeydən Xəbərdar Allah tərəfindən aydın şəkildə ifadə olunmuşdur",194 "Ey Peyğəmbər, Rəbbindən sənə nazil olanı adamlara çatdır",195 "O, qeybi açmaqda xəsis deyil",196 "Sən onu insanlara aramla oxuyasan deyə, hissə-hissə özümüzün nazil etdiyimiz Quranı göndərdik",197 "Bunda uzaqgörən adamlar üçün bir ibrət dərsi var",198 "Onlar Quran haqqında düşünməzlərmi? Yoxsa qəlblərinə qıfıl vu-rulmuşdur".199

Əzəmətli Allah nə düz demişdir: "Həqiqətən bu Quran insanları ən düz yola salır".200


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin