Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ


TƏQİYYƏ ONLAR ÜÇÜN AYRILIQDA



Yüklə 0,94 Mb.
səhifə32/44
tarix02.02.2022
ölçüsü0,94 Mb.
#114006
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
TƏQİYYƏ ONLAR ÜÇÜN AYRILIQDA

BİR DİN VƏ ŞƏRİƏTDİR
Bu, müsəlmanların Allahın əmrinə və Onun Rəsulu səlləllahü əleyhi və səlləmin vəsiyyətinə əsasən gəl-dikləri nəticədir. Belə ki, şiələr yalanı etiqadlar sırasına, hətta əsas etiqadlardan biri kimi daxil etmişlər.

Budur onların doğrucul adlandırdıqları, onların mühəddislərinin şeyxi Məhəmməd ibn Əli ibn Hüseyn ibn Babveyh Qümmi özünün məşhur “əl-Itiqadat” risa-ləsində deyir: “Təqiyyə vacibdir, ona əməl etməyən namaz qılmayana bərabərdir”. O, başqa bir yerdə de-mişdir: “Təqiyyə elə bir borcdur ki, Müdafiəçi zühur edənədək onu aradan götürmək olmaz. Kim onu imamın zühurundan əvvəl tərk etsə, Allah-təalanın dinindən, imamilik dinindən çıxmış, Allaha, Onun Rəsuluna və imamlara müxalif olmuş olar. Sadiq əleyhissəlamdan Qüdrət və Cəlal sahibi Allahın “Allahdan ən çox qor-xan onun yanında ən hörmətli olar” kəlamı haqqında soruşmuşlar. O demişdir ki, “ətqaküm” yox, “əmə-lüküm bi-t-təqiyyə” (yəni “Allahdan daha çox qorxan yox, “təqiyyəyə daha çox əməl edən”) olmalıdır.335

Təqiyyə necə də onların etiqad etdikləri əsas şey-lərdən olmasın ki, onlar bu sözləri yalandan və na-haqdan Rəsulullaha aid edirlər: “Təqiyyəsi olmayan mö-min başı olmayan cəsəd kimidir”.336

Onlar özlərinin dedikləri kimi, birinci məsum imamları olan Əli ibn Əbu Talibin (Allah ondan razı olsun!) belə dediyini nəql etmişlər: “Təqiyyə mömin adamın özünü və öz qardaşlarını günahkar adamlardan qorumaq üçün ən yaxşı əməllərdəndir”.337

Üçüncü imam Hüseyn ibn Əlinin isə belə dediyini rəvayət edirlər: “Təqiyyə olmasaydı, dostumuzu düşmə-nimizdən ayıra bilməzdik”.338 Sanki yalan şiələri tanımaq üçün bir meyardır.

Dördüncü imamdan — Əli ibn Hüseyndən onun belə dediyi rəvayət olunur: “Allah bu dünyada və axirətdə mömin adamın iki günahdan — təqiyyəyə əməl etmə-məkdən — sən bir günaha bax! — və qardaşlarının hüququnu tapdalamaqdan başqa, hər bir günahını bağışlayır və onu günahlardan təmizləyir”.339

Beşinci imamın — Baqir kimi tanınmış Məhəm-məd ibn Əli ibn Hüseynin belə dediyi rəvayət olun-muşdur: “Mənə təqiyyədən əziz nə ola bilər; təqiyyə möminin Cənnətidir”.340

O həmçinin demişdir: “Üzdə (yəni zahirdə) onlarla qaynayıb-qarışın, içdə (yəni batində) onlara müxalif olun”.341 “Bu, uşaq kimi hərəkət etmək olsa da, belə edin”.342

Altıncı imam — Sadiq kimi tanınmış Əbu Ab-dulla künyəli (ləqəbli — tərc.) Cəfər ibn Baqirin belə dediyi rəvayət olunmuşdur: “Ey Həbib (ravinin adıdır - tərc.), Allaha and olsun ki, mənim üçün təqiy-yədən sevimli bir şey yoxdur! Kim təqiyyəyə əməl etsə, Allah onu yüksəklərə qaldırar, kim təqiyyəyə əməl etməsə, Allah onu yüksəklərdən endirər”.343

Yeddinci imam Musa ibn Cəfərin öz müridlərindən biri Əli ibn Süveydə belə yazdığı rəvayət olunur: “Bizim haqqımızda eşitdiyin, yaxud bizə aid edilən bir şey haqqında “bu batildir” demə. Əgər sən bunun əksini bilirsən, bil ki, bizim onu nə üçün dedi-yimizi, nə vəchlə etdiyimizi bilmirsən. Mən sənə nə desəm, inan, sənə nə sirr açsam, onu faş etmə”.344

Səkkizinci imam — Əli ibn Musanın belə dediyi rəvayət olunur: “Allahpərəst olmayanın dini yoxdur, təqiyyəyə əməl etməyənin imanı. Allah yanında ən hör-mətliniz təqiyyəni ən çox gözləyəninizdir”. Ondan so-ruşmuşlar ki, ey Rəsulullah övladı, bu nə vaxtadək belə olacaq? O demişdir ki, məlum vaxt çatan günə-dək; o bizim Müdafiəçimizin zühur edəcəyi gündür. Kim bizim Müdafiəçimizin zühur etməsindən əvvəl təqiyyədən əl çəksə, o bizdən deyil”.345

Budur, onların yalana münasibətləri, onu müqəddəs-ləşdirmələri və bu işdə hədlərini aşmaları göz qa-bağındadır. Bundan sonra da kiminsə onlara etimad etməsi, onların sözünə inanması, onlarla birgə get-məsi, onlarla razılaşması mümkündürmü? Hindistanlı şiə alimi Imdad Imam çox haqlı olaraq demişdir: “Imamilik məzhəbi və Sünnə əhlinin məzhəbi müxtə-lif istiqamətlərdə axan iki bulaqdır ki, Qiyamət gü-nünədək beləcə bir-birindən daha da uzaqlaşaraq axa-caqlar. Onları birləşdirmək heç vaxt mümkün deyil”.346

Xətib (Allah ona rəhmət eləsin!) özünün risaləsini belə adlandırmaqda düzgün hərəkət etmişdir: “Isnə əşəri imami şiə dininin üzərində durduğu əsasların qalın xətləri və onların bütün məzhəbləri və firqə-ləri ilə Islamın qanunları arasında yaxınlaşmanın qeyri-mümkünlüyü”.

Axı doğru ilə yalan bir yerə necə sığar? Doğruçu ilə yalançı necə bir yerə toplaşa bilər? Özü də sa-dəcə yalançı yox, yalanı zəruri bir şey, özü üçün vəzi-fə bilən, bununla da kifayətlənməyib onu Allaha yaxınlığın ən böyük şərtlərindən hesab edən bir yalançı ilə.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin