Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ



Yüklə 0,94 Mb.
səhifə37/44
tarix02.02.2022
ölçüsü0,94 Mb.
#114006
1   ...   33   34   35   36   37   38   39   40   ...   44
BUNA MİSALLAR
Üçüncü əsrdə şiələrin görkəmli şəxsiyyətlərin-dən olan Əbu Məhəmməd Həsən Növbəxti Ömər ibn Rəbahın Əbu Cəfər əleyhissəlamdan bir məsələ barə-də soruşduğunu qeyd edir. Onun dediyinə görə, Əbu Cə-fər əleyhissəlam birinci dəfə Ömər ibn Rəbaha bir cür cavab vermişdir. Sonra o, növbəti il onun yanına qayıdıb eyni məsələ haqqında soruşur. Imam ona əvvəl-ki cavabın əksini deyir. O, Əbu Cəfərə (imama) de-yir: “Bu sənin mənə bu məsələ haqqında keçən il ver-diyin cavabın əksinədir”. Imam ona deyir: “Ola bilər ki, o cavabımız təqiyyə yolu ilə verilib”. Belə olduqda Ömər onun bu işinə və imamlığına şəkk edir. Sonra o, Əbu Cəfərin əshabələrindən Məhəmməd ibn Qeys adlı birisinə rast gəlir və ona deyir: “Mən Əbu Cə-fərdən bir məsələ haqqında soruşdum, o mənə o haqda bir cavab verdi, sonra həmin şey haqqında ikinci il soruşanda birinci cavabın əksini dedi. Belə olduqda mən də ona dedim: “Niyə belə etdin?” O dedi: “Bunu tə-qiyyə məqsədilə belə etdim”. Allah bilir ki, mən hə-min şeyi ondan saf niyyətlə soruşdum ki, o, dinin tə-ləb etdiyi kimi fitva versin və mən də onu qəbul edib əməl edim. Onun məndən nəyisə gizlətməsinin mənası yox idi. Bu mənim doğru sözümdür”. Məhəmməd ibn Qeys ona deyir: “Ola bilsin, orada bir başqası var imiş ki, o ona qarşı təqiyyə işlətmişdir”. Ömər deyir: “Iki məsələnin heç birində onun yanında məndən baş-qa kimsə yox idi. Lakin onun hər iki cavabı bütünlük-də qatmaqarışıq çıxdı, keçən il dediklərindən bir söz də işlətmədi və o cür cavab vermədi”. Beləliklə o (Ömər ibn Rəbah) onun imamlığından üz döndərdi və dedi: “Hansı vəchlə, nə haqda olursa-olsun, batil fit-va verən adam imam olmaz. Eləcə də Allah yanında va-cib olmayan şey haqqında təqiyyə xətrinə fitva verən, burnunu sallayıb, qapısını bağlayıb oturan adamdan da imam olmaz. Imam o adamdır ki, üzdə olsun, məlum şe-yi (dini — tərc.) yerinə yetirməyi əmr etsin, pislənən şeyləri qadağan etsin”.400

Küleyni Zürarə ibn Əyündən Əbu Cəfərin (Baqi-rin) haqqında belə rəvayət edir: “Mən ondan bir mə-sələ barəsində soruşdum, o mənə cavab verdi. Sonra onun yanına bir kişi gəldi. O kişi də ondan həmin şeyi soruşdu, o ona mənə cavab verdiyinin əksini de-di. Sonra başqa bir kişi gəlib həmin şeyi soruşdu, o ona mənə və o biri yoldaşıma cavab verdiklərinin əksini dedi. O iki nəfər çıxıb gedəndən sonra mən dedim: “Ey Rəsulullah övladı, Iraq əhlindən sizin şiələrinizdən iki nəfər gəlib səndən söz soruşdu, sən onlardan hər birinə o birinə verdiyin cavabdan fərqli cavab verdin”. O dedi: “Ey Zürarə, bu həm bizim üçün, həm də sizin üçün yaxşıdır”. O sonra dedi: “Mən bir dəfə atama dedim: “Siz şiələrinizi süngü, yaxud od ilə qorxutsanız da, onlar sənin yanından çıxanda bir-birinə əks olan fikirlərlə çıxırlar”.401

Kəşşi onun oğlu — altıncı imam Cəfərdən buna bənzər bir rəvayət edib deyir: “Mənə Əbu Abdulla ... Məhəmməd ibn Ömərin belə dediyi haqqında bir hədis danışmışdır: “Mən Əbu Abdulla əleyhissəlamın ya-nına girdim. O məni görüb dedi: “Zürarəni nə vəziy-yətdə qoyub gəlmisən?” Mən dedim: “O, günəşin batma-sını gözləyirdi ki, əsr namazını qılsın”. O dedi: “Səni onun yanına öz elçim kimi göndərirəm: get ona de ki, mənim əshabələrimlə bir vaxtda namaz qılsın”. Bunu eşidəndə od tutub alışdım. Mən bunu ona (yəni Zürarəyə) çatdırdım. O dedi: “Allaha and olsun ki, mən sənin ona böhtan atmadığını bilirəm. Lakin o mənə əvvəl bir şey əmr edir, sonra məcbur edir ki, ondan əl çəkim”.402

Buna görə də Zürarə bir dəfə Cəfər ibn Məhəm-məd Baqirdən eyni bir məsələnin izahında — bacarıq məsələsinin təfsirində ziddiyyət və əkslik görüb demişdir: “Bacarıq məsələsini mənə bilmədiyi halda izah edən o (yəni Əbu Abdulla Cəfər) deyildimi? Deyəsən, sizin bu dostunuzun böyük alimlərin əsərlə-rindən xəbəri yoxdur”.403

Buna bənzər əhvalat onların yeddinci imamı Ibn Cəfər Musa Əbülhəsən haqqında da rəvayət olunmuş-dur. Kəşşi Şüeyb ibn Yəquba istinadən belə rəvayət edir: “Mən (Şüeyb) Əbülhəsən əleyhissəlamdan ərli olduğundan xəbəri olmadığı bir qadınla evlənmiş bir kişi ilə necə rəftar edilməli olduğunu soruşdum, o dedi: “Qadın daşa basılmalıdır, kişi bunu bil-məyibsə, onun günahı yoxdur”. Mən onun bu sözünü Əbu Bəsir Muradiyə dedim, o (yəni Əbu Bəsir) dedi: “Allaha and olsun ki, Cəfər mənə dedi ki, qadın daşa basılmalı, kişiyə isə müəyyən olunmuş qaydada şallaq vurulmalıdır”. O bunu deyib əli ilə sinəsinə vurdu və sinəsini qaşıdı: “Mən belə zənn edirəm ki, dostumuz elmini kamil eləməyib”.404

Bu, o Əbu Bəsirdir ki, Cəfər ibn Baqir onun haq-qında deyib: “Dörd nəcib, Allahın haram və halalını etibar etdiyi itaətkar adamlara — Büreyd ibn Müavi-yəyə, Əbu Bəsirə, Məhəmməd ibn Müslimə və Zürarəyə Cənnət müjdəsi ver. Əgər onlar olmasaydı, peyğəmbər-liyin izləri itər və o, yox olardı”.405

Bundan çox əvvəl şiələr özləri Həsən və Hüseyndə (Allah onların hər ikisindən razı olsun!) belə əks-lik və ziddiyyətlərin olmasından şikayətlənmişlər.

Növbəxti deyir: “Hüseyn qətlə yetiriləndə onun əsha-bələrindən bir dəstə adam gəldi və onlar dedilər: “Həsənin hərəkəti ilə Hüseynin hərəkəti bir-birinin əksi oldu. Çünki Həsənin tərəfdarlarının sayca çox və qüvvətli olmasına baxmayaraq, Müaviyə ilə döyüşə girmək üçün gücsüz olduğundan onunla barışması və ona təslim olması haqlı, vacib və düzgün olduğu halda, Hüseynin tərəfdarlarının sayca az və zəif, Yezidin əshabələrinin sayca çox olduğuna baxmayaraq, Hüseynin Yezid ibn Müaviyə ilə döyüşə girib özünün də, bütün əshabələrinin də qətlə yetirilməsi vacib olmayan səhv bir iş idi. Çünki Hüseyn Yezidlə savaşdan çəkinsəydi, sülh və barışıq xahiş etsəydi, bu, Həsənin Müaviyə ilə savaşdan çəkinməsindən daha çox üzrlü hesab olu-nardı. Yox, əgər Hüseynin Yezid ibn Müaviyəyə qarşı cihad edib özünün, övladının və əshabələrinin qətlə yetirilməsi haqlı, vacib və düzgün idi, onda Həsənin sakit dayanması, sayca çox tərəfdarlarının olmasına baxmayaraq, Müaviyəyə qarşı cihaddan və döyüşdən əl çəkməsi nahaq hesab olunmalı idi. Ona görə də əsha-bələr hər ikisinin imamlığına şəkk etdilər və on-lardan uzaqlaşdılar, onlar avam adamların (sünnilərə işarədir — tərc.) dillərinə düşdülər”.406-407

Bir hindistanlı şiə alimi özünün “Əsas əl-üsul” (“Qanunların əsası”) adlı kitabında öz imamlarından nəql edərək göstərmişdir: “Imamlar haqqında danı-şılan, dildən-dilə keçmiş hədislər bir-birindən çox fərqlənir. Bir hədis üzə çıxar-çıxmaz qarşıya onu inkar edən başqa bir hədis çıxır. Bir xəbər baş tutmamış, onun qabağında ona zidd olan başqa birinin dayandığı məlum olur. Beləliklə, bu tayfanın şeyxi-nin (Tusinin) “ət-Təhzib”in əvvəlində və “əl-Istib-sar”da aydınlaşdırdığı kimi, hətta bu, bəzi “naqis adamların” həqiqi etiqaddan üz döndərməsinə səbəb olur”.408

Təqiyyənin başqa bir səbəbi də odur ki, şiə imam-ları öz şiələrini şiəliyə əbədi bağlamaq üçün onla-rı yalançı arzularla sakitləşdirirlər. Küleyni Əli ibn Yəqtindən rəvayət edir: “Bir dəfə Əbülhəsən əley-hissəlam mənə dedi: “Şiələr iki yüz ildir ki, ümid-lərlə tərbiyə olunurlar”. Yəqtin oğluna belə demişdir: “Məsələn, bir şey olub, amma sizə deyilib ki, olma-yıb”. O ona sonra demişdir: “Bizə bir mənbədən haq-qında “olub” deyilən şeyin əksinə olaraq, Cəfər baş-qa bir şey əmr edirdi, amma hadisə deyildiyi kimi olurdu. Bir halda ki, bizə əmr edirdi, bəs onda bizi arzularla yaşamağa hazırlamaq nəyə lazım idi? Ona görə ki, əgər bizə deyilsəydi ki, bu iş iki yüz, yaxud üç yüz ildən sonra olacaq, onda qəlblər əziyyət çəkər və bütün adamlar Islamdan üz döndərərdilər. Lakin onlar insanların ürəyinə xoş gələn və sevinci yaxınlaş-dırmağa yönələn şeylər deyirdilər”.409

Növbəxtinin öz kitabında Süleyman ibn Cərirdən nəql edib göstərdikləri bunların hamısından daha aydındır: O öz əshabələrinə demişdir: — Rafizilə-rin imamları öz şiələri üçün şiələrinin öz imamla-rı haqqında yalandan demədikləri iki söz qoyub get-mişlər. Bunlar “yeni fikir” (əvvəldə qeyd olunub — tərc.) və təqiyyəyə icazə verilməsindən ibarətdir. “Yeni fikir” məsələsinə gəldikdə, onların imamları olub keçənləri və gələcəkdə baş verəcək hadisələri, sabah olacaq əhvalatları bilməkdə özlərini öz şiələ-rinə nisbətən peyğəmbərlərin öz rəiyyətlərinə nisbə-tən olduqları kimi göstərəndə əgər onlar deyən olur-dusa, onlar öz şiələrinə deyirdilər: “Biz sizi öyrət-mirdikmi ki, bu belə olacaq, biz peyğəmbərlərin Qüdrət və Cəlal sahibi Allahdan öyrəndiklərini bili-rik. Qüdrət və Cəlal sahibi Allahla bizim aramızda peyğəmbərlərlə Allah arasındakı əlaqələrə bənzər əlaqələr var”. Yox, əgər onların dedikləri olmurdu, onlar öz şiələrinə deyirdilər: “Allaha bu məsələdə yeni şey məlum olub”. Təqiyyəyə gəldikdə isə, şiələr imamlara halal, haram və başqa dini işlər haqqında çoxlu suallar vermiş, bu suallarının cavablarını yadda saxlamış, yazmış və qeyd etmişlər. Onların imamları dövr dəyişdikcə və vaxt keçdikcə özlərinin bu cavablarını unutmuşlar. Çünki bu məsələlər bir gün, bir ay ərzində deyil, uzun illər, müxtəlif aylar və vaxtlar keçdikcə rəvayət olunmuşdur. Beləliklə, bəzən eyni bir məsələ haqqında onların qarşısına müxtəlif, bir-birinin əksi olan cavablar və müxtə-lif məsələlər haqqında isə uyğun cavablar çıxmış-dır. Elə ki onlar bundan xəbər tutmuşlar, onların cavablarındakı bu fərqi və qarışıqlığı onların (imamların — tərc.) nəzərinə çatdırmış və bu barədə onlardan soruşmuşlar, imamlar bunu inkar etmiş və demişlər: bu müxtəliflik haradandır?

— Bu necə ola bilər? — deyə onların imamları on-lardan soruşmuşlar, — bəlkə, biz bu cavabı təqiyyə məqsədilə vermişik? Bizim ixtiyarımız var ki, cavab verdiyimiz kimi və istədiyimiz kimi cavab verək. Çün-ki bu bizim işimizdir və sizin üçün nəyin yaradı-ğını, nəyin sizi əbədiləşdirəcəyini, sizin düşmən-lərinizdən sizi və bizi necə qorumağı biz bilirik. Nə biləsən ki, bunlar nə vaxt bunu yalandan deyirlər, nə vaxt doğrudan? Onların düzünü yalanından necə ayı-rasan? Əbu Cəfərin əshabələrindən bir dəstəsi bu sualı özlərinə verdilər və Cəfər əleyhissəlama imam demədilər”.410

Təqiyyə ilə söz deməyin başqa bir zərurəti da var. Bu ondan ibarətdir ki, şiələrin imamlarının ağzın-dan Rəsulullah səlləllahü əleyhi və səlləmin əshabə-lərini mədh edən, onların Quranın şəhadətinə görə üstünlüklərini və xeyir işlər görməkdə öncüllüklə-rini etiraf edən, onların xəlifəliyini və imamlı-ğını təsdiq edən sözlər çıxmışdır. Bundan başqa, Əlinin, Peyğəmbər ailəsinin üzvlərinin əshabələrə beyət gətirməsi, öz qızlarını onlara ərə verməsi, on-larla yaxşı, möhkəm əlaqələr yaratması, onların şiə-lərdən imtina edib onları pisləmələri, onların yara-mazlıqlarının üzə çıxarılması təqiyyəni zəruri edir-di. Belə olduqda onlar narahat olmuş və çətin vəziy-yətdə qalmışlar. Belə ki, onların məzhəbi ancaq və ancaq Məhəmməd səlləllahü əleyhi və səlləmin əshabə-lərindən imtina, onlara və onlarla dostluq edənlərə qarşı qatı düşmənçilik, özlərinin Peyğəmbər ailə-sinə yaxın olmaları, onlara sədaqət göstərmələri iddiası üzərində qurulmuşdur. Onlar belə çətinliyə düşdüklərini gördükdə ondan çıxış yolunu ancaq belə deməkdə gördülər: “Imamlar bunu ancaq təqiyyə məqsə-dilə belə demiş, batində isə zahirdə etdiklərinin və dediklərinin əksini fikirləşmişlər”.


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin