Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ



Yüklə 0,94 Mb.
səhifə38/44
tarix02.02.2022
ölçüsü0,94 Mb.
#114006
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
ƏSHABƏLƏRİN MƏDHİ
1 — Budur, Əmirəlmöminin, müsəlmanların dör-düncü raşidi xəlifəsi və onlarda birinci imam sayı-lan Əli ibn Əbu Talib (Allah ondan razı olsun!) Rəsulullah səlləllahü əleyhi və səlləmin əshabələri-ni bu sözlərlə mədh edir: “Mən Məhəmməd səlləllahü əleyhi və səlləmin əshabələrini görmüşəm. Sizlərdən bir nəfərin də onlara bənzədiyini görmürəm. Onlar səhəri saçları dağınıq, üzlərinin rəngi bomboz ol-duğu halda qarşılayırdılar, çünki gecələri ibadətdə keçirirdilər. Bütün gecəni Allahı zikr edə-edə ayaq üstə durduqlarından bir ayaqlarını götürüb o birini qoyurdular, elə bil qızmar kömür üstündə dayanıblar. Çox səcdə etdiklərindən alınlarında səcdə izi olar-dı. Allahın adı çəkilən kimi gözlərindən yaş axar, paltarları islanardı, Allah cəzasından qorxduqları üçün və Allahdan savab dilədikləri üçün tufanlı gün-də ağaclar silkələnən kimi silkələnib-əsirdilər”.411

Əli (Allah-təala ondan razı olsun!) iki qoca — Əbu Bəkr və Ömər (Allah onların hər ikisində razı ol-sun!) haqqında demişdir: “Deyildiyi kimi, müsəlman-ların ən yaxşısı, Allaha və Onun Rəsuluna ən yaxını xəlifə Siddiq (Əbu Bəkr — tərc.) və xəlifə Faruq (Ömər — tərc.) olmuşlar. Canıma and içirəm ki, on-ların Islamda yerləri həqiqətən böyükdür. Onların yoluxduğu adam şiddətli islam xəstəliyinə tutular. Allah onlara rəhm etsin və onların gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın”.412

Onların altıncı imamı Əbu Abdulladan da rəvayət olunmuşdur ki, o, Əbu Bəkrin və Ömərin hakimiy-yətini qəbul edirdi. Bu haqda Küleyni Əbu Bəsirin belə dediyini rəvayət edir: “Mən Əbu Abdullanın yanında idim. Bu vaxt Ümm Xalid onun (yəni Əbu Abdullanın) yanına girməyə icazə istədi. Əbu Abdulla mənə dedi: “Sən onun nə dediyini eşitmək istər-dinmi?” Mən dedim: “Bəli”. O, qadına daxil olmağa icazə verdi və məni öz yanında xalçanın üstündə əy-ləşdirdi. Sonra qadın daxil oldu və danışdı. Mən gördüm ki, o, bəlağətli arvaddır. O, Əbu Abdulladan onların ikisi (Əbu Bəkr və Ömər) haqqında soruşdu, Əbu Abdulla ona dedi: “Sən onların hakimiyyətini qəbul edirsən?” Ümm Xalid dedi: “Mən Rəbbimə rast gəlsəm, ona deyərəm ki, sən mənə onların hakimiyyə-tini qəbul etməyi əmr etmisən”. Əbu Abdulla dedi: “Düzdür”.413

Məşhur şiə Əli ibn Isa Ərdəbilinin “Kəşf əl-ğümmə fi mərifət əl-əimmə” kitabında rəvayət etdiyi kimi, onun (Əbu Abdullanın) atası Məhəmməd Baqirin “Ən böyük doğrucul”u (“əs-Siddiq əl-əkbər”i) mədh et-məsi haqqında məlumat vardır. Həmin kitabda göstə-rilir ki, imam Əbu Cəfərdən soruşmuşlar ki, qı-lıncı bəzəmək olarmı? O demişdir ki, olar, Əbu Bəkr Siddiq öz qılıncını gümüşlə bəzəyərdi. Soru-şan adam ona demişdir ki, sən də ona “Siddiq” deyir-sən? Imam yerindən dik atılmış və demişdir: “Bəli, Siddiq deyirəm, bəli Siddiq deyirəm. Kim ona Siddiq deməsə, Allah onun sözünü bu dünyada və axirətdə təs-diqləməz”.414

Məlumdur ki, Siddiqin yeri peyğəmbərlikdən bir mərtəbə aşağıdır və buna Quranda çoxlu ayələr şəha-dət edir. Onlardan Allah-təalanın bu sözünü göstər-mək olar: “Onlar Allahın nemət verdikləri peyğəm-bərlər, doğrucullar, şəhidlər və yaxşı adamlarla bir-likdədirlər. Onların nə yaxşı yoldaşları olacaq!”415


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin