Doktor ZƏHİRƏDDİN əl-MƏDƏNİ



Yüklə 0,94 Mb.
səhifə4/44
tarix02.02.2022
ölçüsü0,94 Mb.
#114006
1   2   3   4   5   6   7   8   9   ...   44
ABDULLA İBN SƏBA
Əvvəla, biz Abdulla ibn Səbanın üzdə özünü müsəlman kimi göstərən bir yəhudi olduğunu dedik və bunun sübutu üçün Kəşşidən, Növbəxtidən və başqa müəlliflərdən misallar gətirdik. Bunun qeyd etdiyimizdən artıq sübuta ehtiyacı yoxdur. Lakin daha çox məlumat üçün Kəşşinin Zeynalabdin Əli ibn Hüseyndən — onların dördüncü məsum imamından rəvayət etdiyi bəzi şeyləri də nəzərə çarpdıraq. Guya o demişdir: "Allah Əliyə böhtan atana lənət eləsin! Yenə Abdulla ibn Səba yadıma düşdü, tüklərim biz-biz oldu. O elə böyük bir iş iddia etmişdir ki, Əlinin buna dəxli yoxdur. Allaha and olsun ki, Əli əleyhissəlam Allahın əməlisaleh bir qulu, Rəsulullahın qardaşı olmuşdur, Allah ona yalnız Allaha və onun Rəsuluna itaətinə görə kəramət vermişdir. Allah Rəsulullah səlləllahü əleyhi və alihi və səlləmin özünə də Allaha itaətinə görə kəramət vermişdir".44

Kəşşi həmçinin Abdulla ibn Sinanın belə bir rəvayətini qeyd edir ki, guya Əbu Abdulla (Cəfər) əleyhissəlam demişdir: "Biz, Əhl əl-Beyt, doğrucul adamlarıq və qoymarıq ki, hər hansı bir yalançı bizim haqqımızda yalan deyib öz yalanı ilə bizim doğruculluğumuzu adamların gözündən sala. Rəsulullah səlləllahü əleyhi və alihi adamların və bütün məxluqatın ən düz danışanı olmuşdur. Buna baxmayaraq, Müseylimə ona böhtan atmışdır. Əmirəlmöminin əleyhissəlam (Əli) da Rəsulullahdan sonra Allahın xəlq etdiyi adamların ən doğruculu olmuşdur. Ona böhtan atıb onun doğrusunu yalana çıxaran və Allah üçün də böhtan uyduran Abdulla ibn Səba olmuşdur".45

Təbəri özünün məşhur "Tarix" kitabında qeyd etmişdir: "Abdulla ibn Səba Şama gəlib orada Əbuzərlə rastlaşır və onu özünün bu sözləri ilə Müaviyəyə qarşı qaldırır: — Müaviyə deyir ki, mal-dövlət Allaha məxsusdur. Məgər “hər şey Allaha məxsusdur” deyilməmişdir? O, belə deməklə mal-dövləti toplayıb özünə saxlamaq, müsəlmanlara heç nə verməmək istəyir... Sonra bu Abdulla Əbu Dərdanın yanına gəlib belə deyir. Bu sözləri eşidən Əbu Dərda ondan soruşur: — Sən kimsən? Allaha and olsun, mən belə hesab edirəm ki, sən yəhudisən".46


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin