Doktorantura və dissertanturada Namizədlik minimumu üçün proqram



Yüklə 342,5 Kb.
səhifə2/29
tarix10.01.2022
ölçüsü342,5 Kb.
#106575
1   2   3   4   5   6   7   8   9   ...   29
İZAHAT VƏRƏQİ

Elmin inkişafı üzrə Milli strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət proqramının təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının prezidenti fərman imzalamışdır. Bu ondan irəli gəlir ki, elm və təhsil siyasəti dövlət siyasətinin çox mühüm tərkib hissələrindən birini təşkil edir. Elm və təhsili olmayan bir xalq onu digərindən almağa məcburdur ki, bu da onu istər-istəməz başqalarından aslı vəziyyətə sala bilər. Müstəqillik elə bir fenomendir ki, o qlobal sosial-siyasi proseslərə qoşulmaqla yanaşı öz milli düşüncə və təfəkkürünün olmasını, milli varlığını qoruyub saxlamağı tələb edir. Bu mənada yeni proqram ictimai və humanitar elmlərdən tələb edir ki, azərbaycançılıq məfkurəsi bütün vasitələlə inkişaf etdirilsin və qarşıya qoyulan problemlər məhz azərbaycançılıq fəlsəfəsi mövqeyindən təhlil olunsun. Belə ki, tədris etdiyimiz hazırki fəlsəfə kursu da öz mövzuları etibarı ilə müstəqilliyin tələblərinə uyğunlaşdırılmalı, dünyada baş verən elmi-texniki humanitar mədəni dəyişikliklər edilməklə yeni milli metodologiya zəminindən çıxış edilməklə tələbələrə aşılanmalıdır. Fəlsəfə kursunun tədrisində ikinci bir cəhət bizim universitetimizin predmetinin nəzərə alınmasıdır. Son illərdə respublikanın alimləri bu sahədə xeyli əsərlər, elmi işlər, dərsliklər, metodik vəsaitlər və s. yazmışlar. Onların əksəriyyət öz işlədikləri təhsil müəssisələri nəzərə almış və mövzular tərtib edərkən onlarda öz predmetini uyğunlaşdırmışlar bizdə saatlıq dərs yükünü mövzulara bölərkən universitetin profilini nəzərə almış, mədəniyyət və incəsənətə dair daha geniş yer verməyə çalışmışıq. Tərtib etdiyimiz proqrama həm mühazirə, həm seminar məşğələləri üçün nəzərdə tutulmuş plan ədəbiyyat siyahısında verilmişdir. Mövzular təhsilə verilən tələblər əsasında tərtib edilmişdir.


Kursun təsviri Bu fənn PHD tələbələrə ümumi fəlsəfəyə və onun tarixi inkişaf mərhələlərinə dair məlumat verir və o cümlədən islam fəlsəfəsinin mahiyyətini şərh edir


Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin