Doktorantura və dissertanturada Namizədlik minimumu üçün proqram



Yüklə 342,5 Kb.
səhifə9/29
tarix10.01.2022
ölçüsü342,5 Kb.
#106575
1   ...   5   6   7   8   9   10   11   12   ...   29
Dördüncü mövzu: İslam fəlsəfəsi

Plan: 1. İslam fəlsəfəsinin yarandığı sosial-siyasi və tarixi şərait. Şəriət

hüququ və onun əsasları.

2. Peripatetizm: məşşanilik-aristotelçilər

3. İşraqilik: emanasiyalar-platonçular

4. Əl Qəzəli və mütəkəmmil filosoflar

5. Sufizm və hürufizm

İslam fəlsəfəsinin yarandığı tarixi, sosial-siyasi şərait. Ərəbdilli fəlsəfənin meydana gəlməsi, Xəlifə əl Məmun tərəfindən akademiya və universitetlərin yaradılması. Qədim kitabların toplanıb ərəb dilinə tərcümə edilməsi və yeni islam fəlsəfəsinin yaranması. İslam təriqəti və onun hüquqi əsasları: Quran, Sünnə, İcma, Qiyal. İslam filosofları: Quranın şərhini və hədisləri yayan və yazan kəlam fəlsəfəsi-mütəkəllim filosoflar. Əşarilər Əl Qəzəli və onun “Filosofları təkzib” əsəri . Cəbərilik və Qədərilik.

İxfan əs-Səfanın (Saflıq qardaşları) yazdığı müxtəlif mövzulardan bəhs edən 51 risalələr (traktatlar) 4 bölməyə ayrılırdı:

1). Giriş kursu və məntiq (1-13)

2). Təbii elmlər və haaqında təlim (14-30)

3). Gözəl qəlb haqqında təlim (31-40)

4). İlahiyyat elmləri (41-51).

Risalələr Evkilidin, Ptolemeyin (“Algamest”, “Coğrafiya” əsərləri) ideyalarına əsaslanırdı. Fəlsəfə “Elmlər elmi” idi. Onun üzvlərindən biri Həsən Zəncani azərbaycanlı idi.

Peripatetizm: Əl Kindi, Əl Fərabi, Əbu Reyhan Biruni, İbn Sina, Tusi, Bəhmənyar, İbn Xaldun, İbn Röşd (Averros) və onun “Təkzibin təkzibi” əsəri,

İşraqilik (Emanasiya) – Şihabəddin Sührəverdi, Eynəlqüzat Miyanəçi, Mötəzililik

Panteizm: Sufizm və Hürufizm “Vəhdət əl vücud”, vəhdət əl şühud, Hürufilik: Fəzlullah Nəimi, Mənsur Həllac.

Sufiliyin 4 prinsipi var: həqiqət, şəriət, təriqət, mərifət. Əl-Qəzəli sufiliyin 9 inkişaf mərhələsini göstərirdi: 1) tövbə (günahlara görə), 2) bədbəxtliklərə dözmək, 3) istirahət üşün Allaha minətdar olmaq, 4) Allah xofu, 5) xilas olmağa ümid, 6) könüllü yoxsulluq, 7) dünyadan əl üzmək, 8) öz iradəsndən əl çəkmək, 9) Allaha sevgi.

Sünnilik: hənəfilik, malikilik, şafilik, hənbəlilik

Şiəlik: ismaillilik, qəlitlik, cəfərilik, xaricilik, babilik, bəhailik, əlallahlılıq

Nadir şah sünniliklə cəfəriliyi birləşdirib birlik yaratmaq istəyirdi. Səfəvilər isə onu yenidən ayırdılar və şiəlik İranda hakim dini dünyagörüşüdür.

Orta əsrlər İslam fəlsəfəsinin digər bir qolunu bu dövrdə yaranmış poeziya təşkil edir. Nizami, Xaqani, Məhsəti, Çətran Təbrizi, Xətib Təbrizi, Səid Təbrizi, Füzuli, Xətai, Nəsimi, Həsənoğlu və b.

XIII-XVIII əsrlədə Azərbaycanda fəlsəfi fikir. XIII-XVI əsrlərdə peripatetik fəlsəfənin nümayəndələri Siracəddin Urməvi, Əfzələddin Xünəci, Nəsirəddin Tusi və b. idi. Görkəmli filosoflar Mahmud Şəbüstəri, Əvhədi Marağayi isə həm peripatetizmi, həm də sufiliyi təmsil edirdilər. Həmin mütəfəkkirlərin əsərlərində fəlsəfi problemlərlə yanaşı, nücum, təbabət, riyaziyyat, məntiq və hüquq problemləri də mühüm yer tuturdu. Məntiq elmi Şəmsəddin Məhəmməd Xalxali, Şükrüllah Şirvani, Bədrəddin Seyid Əhməd Lələvi və b. əsərlərində işlənmişdir. Bu dövrdə peripatetizm nümayəndələri ölkə və bölgə fəlsəfi ənənələrini elmin nailiyyətləri ilə birləşdirərək bir sıra fəlsəfi problemlərin materialist təmayüllü yozumunu vermiş, hərəkət və inkişafın ümumiləşdirilmiş təsvirini, maddi və mənəvi aləmin fenomenləri arasındakı qarşılıqlı əlaqələri dialektik izah etmişlər. Dövrün peripatetiklərinin təlimi X-XII əsr Azərbaycan fəlsəfəsi ənənələrinin, elm və mədəniyyətinin nailiyyətlərinə söykənən davamı idi. XVII-XVIII əsrlərin klassik mədəniyyəti və fəlsəfəsinin nümayəndələri Yusif Qarabaği, Saib Təbrizi, Əbd ür-Rəzzaq Dümbuli və Hacı Zeynalabdin Şirvaninin fəlsəfi görüşləri, əsasən sufizmin panteistik vəhdət əl-vücud fəlsəfəsi ilə bağlı idi. XIX əsrin görkəmli mütəfəkkir, maarifçi və alimlərindən biri də, yaradıcılığı ilə Azərbaycan və rus mədəniyyətlərini təmsil edən Qazan və Peterburq universitetlərinin professoru Mirzə Məhəmməd Əli Kazım bəy idi.


Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin