Doktorantura və dissertanturada Namizədlik minimumu üçün proqram



Yüklə 342,5 Kb.
səhifə1/29
tarix10.01.2022
ölçüsü342,5 Kb.
#106575
  1   2   3   4   5   6   7   8   9   ...   29

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

Fəlsəfə fənni üzrə



Doktorantura və dissertanturada

Namizədlik minimumu üçün

PROQRAM

PHİL-605
Fəlsəfə” fənni üzrə proqram –Xəzər Universitetinin Elmi Şurasının



30 Oktyabr, 2012-ci il-arixli iclasının

10 saylı protokolu ilə çapa məsləhət görülmüşdür.
Tərtib edəni: 1. Fəlsəfə və sosiologiya departamentinin müdir əvəzi,

dosent, Eldar Şahgəldiyev

2. Dr. Mayil Yaqubov

Bakı-2018-2019



Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli strategiyanın həyata keçirilməasi ilə bağlı Dövlət programının təsdiq edilməsi haqqında Azarbaycan Respublikasının Prezidenti fərman imzalamışdır. Bu ondan irəli gəlir ki, elm və təhsil siyasəti dövlət siyasətinin çox mühüm tərkib hissələrindən birini təşkil edir. Elmi və təhsili olmayan bir xalq onu digərindən almaya məcburdur ki, bu da istər-istəməz onu başqalarından asılı vəziyyətə sala bilər.

Müstəqillik elə bir fenomendir ki, o qlobal sosial-siyasi proseslərə qoşulmaqla yanaşı öz milli düşüncə və təfəkkürünün olmasını, milli varlığını qoruyub saxlamağı tələb edir. Bu mənada yeni program içtimai humanitar elmlərdən tələb edir ki, azərbaycançılıq məfkurəsi bütün vasitələrlə inkişaf etdirilsin qarşıya qoyulan problemlər məhz azərbaycançılıq fəlsəfəsi mövqeyindən təhlil olunsun. Belə ki, tədris etdiyimiz hazırki fəlsəfə kursu da öz mövzuları etibarı ilə müstəqilliyin tələblərinə uyğunlaşdırılmalı, dünyada baş verən elmi-texniki, humanitar-mədəni dəyişikliklər yeni milli metodologiya zəminindən çıxış edilməklə tələbələrə aşınılmalıdır.

Fəlsəfə kursunun tədrisində ikinci bir cəhət bizim universitetimizin profilinin nəzərə alınmasıdır. Son illərdə respublikanın alimləri bu sahədə xeyli əsərlər, elmi işlər, dərsliklər, metodik vəsaitlər və s. yazmışlar. Onların əksəriyyəti öz işlədikləri təhsil müəssisələrini nəzərə almış və mövzııları tərtib edərkən onları da öz prinsiplərinə uyğunlaşdırmışlar. Biz də 60 saatlıq dərs yükünü mövzulara bölərkən universitetin profilini nəzərə almış, mədəniyyət və incəsənətə dair mövzulara daha geniş yer verməyə çalışmışıq. Tərtib etdiyimiz programda həm mühazirə, həm də seminar məşğələləri üçün nəzərdə tutulmuş plan və ədəbiyyat siyahısı da verilmişdir. Mövzular təhsilə verilən tələblər əsasında tərtib edilmişdir.

Yüklə 342,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin