Misal. 1. Mədaxil sənədlərində anbara daxil olmuş parçanın öz dəyəri 100 min manat, əlavə dəyər vergisi isə 18 min manat göstərilmişdir. Bu zaman aşağıdakı mühasibat yazısı aparılmalıdır.
Debet
|
Kredit
|
Məbləğ
(man)
|
10 “ Xammal və materiallar”
|
60 “Malsatan və pоdratçılarla hеsablaşmalar”
|
100 000
|
19 “Alınmış sərvətlər üzrə ƏDV”
|
60 “Malsatan və pоdratçılarla hеsablaşmalar”
|
18 000
|
Həmin parçanın pulu ödənildikdə:
Debet
|
Kredit
|
Məbləğ
(man)
|
60 “Malsatan və pоdratçılarla hеsablaşmalar”
|
51 “Hesablaşma hesabı”
|
118 000
|
68/5 “Əlavə dəyər vеrgisi üzrə hеsablaşmalar”
|
19 “Alınmış sərvətlər üzrə ƏDV”
|
18 000
|
Misal 2. Kənar təşkilatın hüquqi şəxsə göstərdiyi təmizlik xidmətinə görə 1000 manatlıq (o, cümlədən 180 manat ƏDV) dəyərində ödəniş sənədi mühasibatlığa təqdim olunduqda
Debet
|
Kredit
|
Məbləğ
(man)
|
20 “Əsas istehsal”
|
60 “Malsatan və pоdratçılarla hеsablaşmalar”
|
1000
|
19 “Alınmış sərvətlər üzrə ƏDV”
|
60 “Malsatan və pоdratçılarla hеsablaşmalar”
|
180
|
Göstərilmiş xidmətin haqqı nağdsız qaydada ödənildikdə aşağıdakı müxabirləşməsi verilməlidir:
Debet
|
Kredit
|
Məbləğ
(man)
|
60 “Malsatan və pоdratçılarla hеsablaşmalar”
|
51 “Hesablaşma hesabı”
|
1180
|
68/5 “Əlavə dəyər vеrgisi üzrə hеsablaşmalar”
|
19 “Alınmış sərvətlər üzrə ƏDV”
|
180
|
Bu zaman vergi ödəyici olan müəssisələr dəyəri ödənilmiş və ödənilməmiş mal-materialların uçotunu ayrı-ayrılıqda aparmalıdırlar.
Ticarət təşkilatları (ictimai iaşə müəssisə daxil olmaqla) daxil olan mallar üzrə ƏDV məbləğini 60 “Mal göndərənlər və podratçılarla hesablaşma” hesabın krediti ilə müxabirləşməklə 41 “Mallar” hesabının debetinə əks etdirirlər .
Satılmış mallar (işlər, xidmətlər) üzrə alıcılara (sifarişçilərə) təqdim edilmiş vergi məbləği mal göndərən (podratçı) tərəfindən müvafiq satış hesablarının (46 “Məhsul (iş, xidmət) satışı”, 47 “Əsas vəsaitlərin satışı və sair xaric olmaları”, 48 “Sair aktivlərin satışı”) debeti, 68 saylı hesabın isə krediti üzrə əks etdirilir.
Ticarət təşkilatları malların satış və alış qiymətləri arasındakı fərqə (ticarət əlavəsi və ya güzəştinə) aid olan vergi məbləğini 46 “Məhsul (iş, xidmət) satışı hesabın debetində, 68/5 “Əlavə dəyər vеrgisi üzrə hеsablaşmalar” hesabın kreditində göstərirlər.
Dostları ilə paylaş: |