Vergi güzəştlərinin tətbiqinin diizgünlüyü yoxlanarkən vergi yoxlamasının aparıldığı dövrdə vergi ödəyicisi tərəfindən ƏDV azad edilən və sıfır (0) dərəcə ilə vergi tutulan əməliyyatlar aparılmışdırsa, onda yoxlama aktında həmin əməliyyatların məzmunu və dəyəri göstərilməlidir. Bu zaman Vergi Məcəlləsinin həmin əməliyyatlar üzrə güzəştin tətbiq edilməsinə əsas verən müvafıq maddələrinə istinad edilməlidir.
ƏDV-dən azad edilən və sıfır dərəcə (0) ilə vergi tutulan əməliyyatlar aparılması ilə əlaqədar “ƏDV məqsədləri üçün vergi ödəyicilərinin qeydiyyatı”, “ƏDV-nin hesablanması və ödənilməsinə dair metodiki göstərişlər”də nəzərdə tutulduğu kimi vergi orqanlarına müvafıq sənədlərin (məlumatların) təqdim edilməsi nəzərdə tutulduğu hallarda, yoxlama aktında belə sənədlərin (məlumatların) vergi orqanına təqdim edilib-edilməməsi qeyd edilməlidir.
Dostları ilə paylaş: |