Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları


ƏDV hesablanmasının düzgünlüyü yoxlanarkən



Yüklə 0,95 Mb.
səhifə29/44
tarix01.01.2022
ölçüsü0,95 Mb.
#104181
1   ...   25   26   27   28   29   30   31   32   ...   44
ƏDV hesablanmasının düzgünlüyü yoxlanarkən, vergi tutulan dövriyyədən hesablanmalı və büdcədən əvəzəşdirilməli olan vergi məbləğlərin müəyyənləşdirilməsinin düzgünlüyü araşdırılmalı və yoxlamanın nəticələri cədvəldə əks etdirilməli, vergi ödəyicisinin rəhbəri və baş mühasibi tərəfindən imzalanmalıdır. Yoxlama ilə əhatə olunan dövrün ümumi nəticələrinə görə ƏDV azaldılmasından və ya artıq hesablanmasından asılı olmayaraq, maliyyə sanksiyaları hesabat dövrü (hər ay) üçün ayrı-ayrılıqda tətbiq olunmalıdır. Bu zaman hər hesabat dövrü üçün digər hesabat dövrlərinin bəyannamələrində dəqiqləşdirilmiş ƏDV məbləğləri nəzərə alınmalıdır. Əgər hər hansı dövrün azaldılmış vergi məbləği növbəti dövrlərin bəyannamələrində vergi orqanının yoxlamasına qədər dəqiqləşdirilmişdirsə, həmin azaldılmış məbləğə maliyyə sanksiyası tətbiq edilməlidir. Əgər azaldılmış məbləğ digər hesabat dövrlərinin bəyannamələrində qismən dəqiqləşdirilmişdirsə, onda maliyyə sanksiyası azaldılmış vergi məbləğinin dəqiqləşdirilməyən hissəsinə tətbiq edilməlidir.

Vergi ödəyicisinin təqdim etdiyi ƏDV hesabatında büdcədən qaytarılası ƏDV məbləğinin artıq göstərildiyi və ya büdcədən qaytarılası vergi məbləği əvəzinə büdcəyə vergi hesablanmalı olduğu aşkar edildiyi halda da maliyyə sanksiyası bütün fərqə tətbiq edilməlidir. Əgər verginin hesabatda azaldılması il ərzində təkrar edilmişdirsə, bu zaman vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməlidir.

Bütün hallarda maliyyə sanksiyalarının tətbiq edilib-edilməməsindən asılı olmayaraq vergi ödəyicisi tərəfindən azaldılmış vergi məbləği büdcəyə ödənilməlidir.

Vergi ödəyicisi olmayan, lakin təqdim etdiyi mala (işə, xidmətə) görə vergi hesab-fakturası verən şəxs həmin hesab-fakturada göstərilən ƏDV məbləğini büdcəyə ödəməyə borcludur. Eyni zamanda, vergi ödəyicisi ƏDV azad olunan və sıfır (0) dərəcə ilə ƏDV cəlb edilən əməliyyatlara ƏDV tətbiq etməklə vergi hesab-fakturası verərsə, həmin hesab-fakturada göstərilən ƏDV məbləğini büdcəyə ödəməyə borcludur.

Bütün hallarda vergi ödəyicisi tərəfindən azaldılmış və ya artıq hesablanmış vergi məbləğlərinə görə faizlərin hesablanması (azaldılması) məqsədi ilə yoxlamanın nəticələrinə görə hər bir ay üzrə yoxlama ilə hesablanmış (azaldılmış) vergi məbləğində vergi ödəyicisinin vergi orqanındakı şəxsi hesabına düzəliş edilməlidir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin