Vergi hesab-fakturalarının tətbiqi qaydalarının düzgünlüyünün yoxlanması. Vergi hesab-fakturalarının tətbiqi qaydaları Vergi Məcəlləsinə və Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş “Vergi hesab-fakturalarının tətbiq qaydaları”na əsasən vergi tutulan hər bir əməliyyat üzrə ayrıca yoxlanmalıdır.
Bu zaman xüsusilə nəzərə almaq lazımdır ki, qəbzlər, çeklər “Vergi hesab-fakturalarının tətbiq qaydaları”na müvafiq sifariş, çap və tətbiq edilməyən vergi hesab-fakturalar, nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər (mal, iş və xidmət təqdim edilən bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV əvəzləşdirilməsinə əsas vermir.