Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları


ƏDV-nin əvəzləşdirilməsinin düzgünlüyünün yoxlanılması zamanı



Yüklə 0,95 Mb.
səhifə31/44
tarix01.01.2022
ölçüsü0,95 Mb.
#104181
1   ...   27   28   29   30   31   32   33   34   ...   44
ƏDV-nin əvəzləşdirilməsinin düzgünlüyünün yoxlanılması zamanı, auditor ilk növbədə əvəzləşməyə hüquq verən sənədlərin, o cümlədən vergi hesab-fakturasının, idxal sənədlərinin, qeyri-rezidentə ödənilmiş məbləğlərə hesablanmış ƏDV-nin büdcəyə ödənilməsini təsdiq edən ödəmə sənədinin mövcudluğunu araşdırmalıdır. Daha sonra vergi hesab-fakturası üzrə ödəmələrin nağdsız qaydada aparılmasının, borcların qarşılıqlı əvəzləşdirilməsi zamanı üzləşmə aktlarının mövcudluğu yoxlanılmalı, alınmış malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin təsərrüfat subyekti tərəfindən kommersiya məqsədi üçün istifadə olunmasına əminlik əldə edilməlidir. ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatların aparılıb-aparılmaması araşdırılmalı, belə halın mövcudluğu aşkar edilərsə, onda əvəzləşdirilən məbləğin həmin əməliyyatların ümumi dövriyyədəki xüsusi çəkisinə görə müəyyənləşdirilməsinə diqqət yetirilməlidir.

ƏDV-nin əvəzləşdirilməsi üçün ərizə ilə müraciət etmiş vergi ödəyicisində audit yoxlaması aparılarkən, auditor tərəfindən həyata keçirilməli olan prosedurların aparılması qaydası 2.2. saylı şəkildə verilmişdir.

Audit yoxlaması zamanı bəyannamənin vaxtında tərtib edilməsi və verilməsi, verginin vaxtında büdcəyə ödənilməsiin yoxlanması ən çox əhəmiyyət kəsb edən mərhələlərindəndir. Auditor hər hesabat dövrü (hər təqvim ayı) üçün ƏDV bəyannaməsinin vergi orqanlarına vaxtında təqdim edilməsini və müəyyən edilmiş müddətdə hər hesabat dövrü üzrə verginin büdcəyə ödənilməsinin düzgünlüyünü yoxlamalıdır.

ƏDV üzrə bəyannamələrin səyyar qaydada yoxlanması müəssisənin ilkin uçot sənədləri, hesab-fakturalar, alış-satış kitabları, sintetik və analitik uçot registrlərindən istifadə etməklə mühasibat uçotu və hesabatlarının məlumatlarına əsasən aparılır.




Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin