Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları



Yüklə 0,95 Mb.
səhifə32/44
tarix01.01.2022
ölçüsü0,95 Mb.
#104181
1   ...   28   29   30   31   32   33   34   35   ...   44
Şəkil 2.2

Audit zamanı yoxlamaya ƏDV üzrə vergi bəyannamələrinin bütün göstəriciləri (vergiyə cəlb edilən satılmış malların, işlərin, xidmətlərin dəyəri; vergitutulan dövriyyə üzrə hesablanmış ƏDV məbləği; dəyəri ödənilmiş qiymətlilər üzrə ƏDV məbləği; dəyəri hesabat dövründə istehsal xərclərinə aid edilmiş material resursları üzrə ƏDV məbləği; əsas vəsaitlər və qeyri-maddi aktivlər üzrə ƏDV; ƏDV cəlb edilməyən satılmışmalların dəyəri) məruz qalır.

ƏDV üzrə bəyannamələr hesabat göstəricilərindən tutmuş sintetik və analitik uçot məlumatlarına və onlardakı yazılışlardan ilkin sənədlərədək yoxlama qaydasında həyata keçirilir. Bu metod ilkin təhlilə əsasən ətraflı öyrənmək üçün lazım olan mühasibat uçotu registrlərindəki uçot yazılışlarını və ilkin sənədləri seçməyə, mümükün ola biləcək pozuntular aşkar etməyə və səmərəli nəzarət sistemi təşkil etməyə imkan verir.

Yoxlama zamanı nəzərə alınmalıdır ki, vergitutulan idxal üzrə ƏDV ödəyicisi olmayan təsərrüfat subyektlərindən əlavə dəyər vergisi vergi və gömrük qanunvericiliyinə uyğun olaraq gömrük rüsumlarının ödənilməsi üçün nəzərdə tutulan qaydada gömrük orqanları tərəfindən hesablanıb alındığına görə, malların idxalı üzrə vergi ödəyicisi olan şəxslər ƏDV bəyannaməsi vermirlər[2]13.

Yoxlama aktında bəyannamələrin vergi orqanına vaxtında verilib-verilməməsi, eləcə də büdcəyə çatası vergi məbləğinin vaxtında büdcəyə ödənilib-edənilməməsi qeyd edilməlidir. Bəyannamələr vergi orqanına vaxtında verilmədikdə və büdcəyə çatası vergi məbləği büdcəyə vaxtında ödənilmədikdə, yoxlama aktında belə qanun pozuntularına görə vergi orqanları tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyalarının tətbiq edilib-edilməməsi və faizlərin hesablanıb-hesablanmaması əks olunmalıdır. Əgər vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilməmişdirsə (faiz hesablanmamışdırsa), yoxlayıcı auditor yoxlama aktında vergi ödəyicisinə tətbiq edilməli olan maliyyə sanksiyası və hesablanmalı olan faizlərin məbləğini göstərməlidir.

Bəyannamələrin vergi orqanına vaxtında təqdim edilib-edilməməsi, eləcə də büdcəyə çatası vergi məbləğinin müəyyən edimiş müddətlərdə ödənilib-ödənilməməsi yoxlanarkən xüsusilə nəzərə almaq lazımdır ki, qeydiyyat Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və ümumi müəyyən edilmiş qaydada vergi məbləğini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks edilməlidir və onlar bəyannamənin verildiyi ay ərzində baş vermiş əməliyyatlar sayılır. Bu halda vergi ödəyicisi bəyannamədə əks etdirilmiş məlumatlar üçün ƏDV üzrə elektron vergi hesab-fakturaları təqdim etmək hüququna malikdir.

Yoxlama aktında vergi ödəyicisinə ƏDV qaytarılıb-qaytarılmaması qeyd edilməlidir. Əgər yoxlama ilə əhatə olunan dövrdə büdcədən vergi ödəyicisinə vergi qaytarılmışdırsa, onda yoxlama aktında vergi məbləğinin qaytarılmasının qanunauyğun olub-olmaması qeyd edilməlidir. Əgər verginin geri qaytarılması qanuna müvafiq surətdə həyata keçirilmişdirsə, onda həmin məbləğin vergilərin tutulması üçün müəyyən edilmiş qaydada qaytarılması vergi ödəyicisindən tələb olunmalıdır.

Yoxlama materiallarının və auditor yoxlamasında əldə olunan informasiyanın yayılması və elan olunması təsərrüfat subyektinin icazəsi olmazsa, yolverilməzdir. Bir qayda olaraq auditor yoxlama zamanı yoxladığı müəssisənin mənafeyini müdafiə etməli, müəssisənin fəaliyyəti barədə obyektiv informasiya verməlidir.

Auditor yoxlamasının keyfiyyətsiz aparıldığı və bu səbəbdən iqtisadi subyektə (dövlətə) ziyan dəydiyi müəyyən edildikdə, həmin zərərin məbləği və yenidən yoxlama aparılması ilə əlaqədar olan bütün xərclər məhkəmənin (arbitrajın) qərarı ilə qüvvədə olan qanunvericiliyə uyğun olaraq vergi orqanları (auditor, auditor firması) tərəfindən ödənilir[4]14.



Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin