Dolayı vergilərin uçot və auditinin təkmilləşdirilməsi yolları


Sxem 3.1. Müasir vergi auditi modeli



Yüklə 0,95 Mb.
səhifə40/44
tarix01.01.2022
ölçüsü0,95 Mb.
#104181
1   ...   36   37   38   39   40   41   42   43   44
Sxem 3.1. Müasir vergi auditi modeli
"ACL" proqram təminatı vasitəsilə aparılan auditin mərhələləri 3.2 saylı şəkildəki kimidir.



Şəkil 3.2.  "ACL" proqram təminatı vasitəsilə aparılan auditin mərhələləri

Müasir şəraitdə auditin qarşısında duran problemlərdən biri də onun hüquqi bazasının möhkəmləndirilməsidir. Bununla əlaqədar olaraq Auditorlar Palatasında “Auditin normativ-hüquqi bazasının təkmilləşdirilməsi və şəffaflığın təminatı”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə auditorların vəzifə və öhdəlikləri”, “Sərbəst auditorların və auditor təşkilatlarının məcburi sığortalanması və auditor təşkilatlarının auditdən keçməsi vəziyyəti barədə” müxəlif müzakirələr keçirilmişdir.

E-auditin hüquqi bazasının yaradılması məqsədilə ölkəmizdə Niderland, Avstriya və Almaniyanin qanunvericiliyi hərtərəfli öyrənilib təhlil edilmişdir və 2013-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə e-audit proseslərinin hüquqi əsaslarını tənzimləyən 13 yeni maddə daxil edilmişdir[20]16.

Qanunvericilikdə aparılmış dəyişikliklərə əsasən, e-audit mühasibat işləri vergi ödəyicilərində elektron formatda aparılıqda həyata keçirilir. Nəzərdə tutulub ki, e-audit, ilk növbədə, neft sektorunda fəaliyyət göstərən  beynəlxalq şirkətlər, müxtəlif ölkələrdə çoxsaylı filialları və əməliyyatları olan holdinq tipli yerli müəssisə və şirkətlər, e-kassa aparatları və POS-terminallar vasitəsilə çoxlu sayda e-əməliyyatlar aparan iri və orta ticarət və xidmət obyektlərində aparılacaq. Bundan başqa, e-auditin bank, sığorta, lizinq, telekommunikasiya, e-ticarət üzrə ixtisaslaşmış şirkətlərdə, prosessinq mərkəzlərində və kommunal xidmətlər göstərən müəssisələrdə də aparılması nəzərdə tutulur. Vergi Məcəlləsində dəyişikliklərin edilməsi respublikamızda e-auditin hüquqi əsaslarını yaratmışdır. Fikrimizcə ölkəmizdə vergi və audit xidmətlərinin avtomatlaşdırılması gələcəkdə korrupsiya kimi mənfi halların aradan qaldırılmasına köməklik edəcək.

 


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin