Dissertasiya işinin məqsəd və vəzifələri. Dissertasiyanın yazılmasında əsas məqsəd Azərbaycan Respublikasında dolayı vergilərin uçot və auditinin aparılması metodikasına nəzər salmaq, mövcud mexanizmdəki nöqsan və çatışmazlıqları aşkara çıxarmaqdan, onun daha dərindən mənimsənilməsindən və təkmilləşdirilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsindən ibarətdir.
Qarşıda qoyulmuş məqsədə nail olmaq üçün tədqiqat işinin qarşısında aşağıdakı vəzifələr qoyulmuşdur:
müəssisələrin təşkilati-texniki xüsusiyyətləri və onun vergilərin uçot və auditinə təsiri xarakterinin öyrənilməsi;
müəssisələrdə dolayı vergilərin uçot və auditinin aparılması praktikasını təhlil etmək;
müəssisələrdə dolayı vergilərin uçot və auditinin aparılması metodikasının təkmilləşdirilməsi üzrə tövsiyyələr işləyib hazırlamaq;
vergilərin düzgün hesablanması, tutulması və əvəzləşdirilməsi, eləcə də vaxtında dövlət büdcəsinə köçürülməsi üzərində vergi nəzarətinin daha səmərəli metodlarını müəyyən etmək;
büdcə ilə hesablaşmaların uçot və auditinin təkmilləşdirilməsi üzrə təkliflər paketi hazırlamaq.