Tədqiqat obyekti kimi dolayı vergilərin uçot və auditi əsas götürülmüşdür. Vergi uçоtunun yaranmasına səbəbi, dövlətin ictimai həyatda mühüm rol oynaması оlmuşdur. Bazar iqtisadiyyatı şəraitində inkişaf edən ölkəmizdə iqtisadi islahatların həyata keçirilməsi, istehsal və qeyri-istehsal sferasında müəssisə və digər iqtisadi subyektlərin kəmiyyət və keyfiyyət baxımından genişlənməsinə təkan verdi. Həmin iqtisadi subyektlərin dövlətə ödəməli olduğu vergilərin düzgün hesablanması və vaxtında ödənilməsinə nəzarətlə əlaqədar olaraq vergi uçotu nəzəriyyə və təcrübəsinin, audit xidmətinin metodoloji prinsiplərinin geniş məzmunda öyrənilməsi tələb olunur.
Dünya ölkələri arasında yaranan iqtisadi əlaqələr mühasibat uçotunu və nəticə etibarilə vergilərin uçotunu vacib beynəlxalq münasibətlər vasitəsinə çevirmişdir. Kapitalizmin yaranması və inkişafı uçota dair elmi mülahizələrin meydana gəlməsinə şərait yaratdı. Vergilərin uçotu dövlət maliyyə hesabatlarında vergiləri diqqət mərkəzində saxlamaq, vergidən yayınmaların qarşısını almaq və nəzarəti asanlaşdırmaq məqsədilə həyata keçirilən bir uçot növüdür.