10. Diamaqnetiklərin maqnit sahəsinə təsiri necədir?
Diamaqnetik adlanan maddələri xarici maqnit sahəsinə daxil etdikdə onlar həmin sahəni zəiflədirlər. Yəni belə maddələr üçün maqnit nüfuzluğu , maqnit qavrayıcılığı olur.
11. Paramaqnetik adlanan ikinci qrup maddələr xarici sahədə özlərini necə aparırlar?
Bu maddələr xarici sahəyə salındıqda, onlar həmin sahəni gücləndirirlər, yəni belə maddələr üçün maqnit nüfuzluğu , maqnit qavrayıcılığı olur.
12. Ferromaqnetiklər hansı maddələrə deyilir?
Ferromaqnetiklər elə maddələrə deyilir ki, onlar xarici sahəyə salındıqda həmin sahəni kəskin gücləndirirlər. Belə ki, həmin maddələr üçün maqnit nüfuzluğu və maqnit qavrayıcılığı olur.