Dosent Qəniyev Cüməli Kərim oğlu


Maqnetiklərin bu xassələrindən istifadə edərək hansı yarımkeçirici cihazlar mövcuddur?



Yüklə 2,37 Mb.
səhifə5/8
tarix26.11.2023
ölçüsü2,37 Mb.
#136448
növüMühazirə
1   2   3   4   5   6   7   8
MÜHAZİRƏ – 2

17. Maqnetiklərin bu xassələrindən istifadə edərək hansı yarımkeçirici cihazlar mövcuddur?

Bu materiallara xas olan maraqlı xüsusiyyətlər bu materiallar əsasında maqnit sahəsinə həssas, daha doğrusu maqnit sahəsini qeyd edən və ölçə bilən yüksək keyfiyyət və dəqiqliyə malik cihazlar düzəltməyə imkan verir. Bu cihazlar Holl qeydediciləri, maqnitorezistorlar, maqnitodiodlar, bipolyar maqnitotranzistorlar, iki kollektorlu maqnitotranzistorlar, bir keçidli maqnitotranzistorlardır.

  •  

18. Holl qeydedicilərinin işləmə prinsipi necədir?

Holl qeydedicilərinin işləmə prinsipinin əsasında Holl effekti adlanan fiziki hadisə dayanır.

19. Holl effekti nədir?

Məlumdur ki, paralelepiped formasında olan və oturacaqları () ilə yanaşı, qarşı-qarşıya olan yan tərəfləri () üzərində də cərəyan kontaktlarına malik müvafiq ölçülü (uzunluğu eninə ölçülərindən təqribən 2-3 dəfə böyük olan) yarımkeçirici materialdan - oturacaq kontaktları arasında (uzununa istiqamətdə) müəyyən - cərəyanı axdıqda və eyni zamanda həm yan üzlərdəki -kontaktlarını birləşdirən düz xəttə, həm də - cərəyanına perpendikulyar istiqamətdə yönəlmiş induksiyalı maqnit sahəsi təsir etdikdə, həmin yarımkeçirici kristal yan üzlərindəki -kontaktları arasında müəyyən - potensiallar fərqi (e.h.q.) yaranır.

  •  

Şəkil 4

Bu hadisəyə, yəni, maqnit sahəsində yerləşdirilmiş və maqnit sahəsinə perpendikulyar istiqamətdə cərəyan axan yarımkeçiricidə, eyni zamanda həm cərəyanın, həm də maqnit sahəsinin istiqamətinə perpendikulyar olan, daha doğrusu eninə, e.h.q.-nin yaranmasına Holl effekti deyilir.

20. Holl effektinin yaranmasına səbəb nədir?

Holl effektinin yaranmasına səbəb - cərəyanı yaradan yükdaşıyıcılara cərəyan və maqnit sahəsinə perpendikulyar istiqamətdə yönəlmiş Lorens qüvvəsinin

(12)


Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin