Ön söz
Həqiqətən həmd (şükür və tərif) yalnız Allaha məxsusdur! Biz Ona şükür və tərif edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi haqq yoluna yönəltməyi diləyirik. Nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Aləmlərə rəhmət olaraq göndərilən peyğəmbərimiz Muhəmmədə (sallallahu aleyhi va səlləm), ailəsinə və səhabələrin hamısına Allahın salamı və xeyir duası olsun.
Oxucuya təqdim olunan bu çalışma möhtərəm qardaşımız Əbu Əli Abdullahın (Əfəndi) bu sahədə rus dilində qələmə aldığı “Достаточное о признаках появления Махди” risaləsindən azərbaycan dilinə çevrilmiş tərcümə işidir. Müəllifin də qeyd etdiyi kimi, bu sahədə təfsilatlı və mövzunu açıqlayan ədəbiyyata rast gəlmək çətindir. Bu səbəbdəndən də adı keçən çalışma Mehdilik və əlamətləri haqqında oxucuya konkret dəlillər təqdim edir. Haqqı araşdıran müsəlmanlara faydalı olması ümidi ilə.
Tərcüməçidən.
Dostları ilə paylaş: |