Mehdi haqqında səhih, həsən (yaxşı), zəif rəvayətləri nəql etdikdən sonra bu barədə uydurma xəbərlərə və şübhələrə də toxunmaq istərdik. İslam tarixində bir çox alim Mehdinin gəlişini inkar etmiş və hesab etmişlər ki, bu haqda olan rəvayətlərin əsli yoxdur. Güman edirəm ki, yuxarıdakı varid olan rəvayətləri oxuyan oxucu bu fikirdə olanların necə yanıldığının şahidi olmuşdur. Həmçinin Mehdi mövzusunu inkar edənləri küfrdə ittiham edənlər də tələsmişlər. Bu məsələdə xəta edənlər adətən öz iddialarını aşağıdakı dəlillərlə əsaslandırmışlar: