Dövlət büdcəsinin səmərəli idarə olunması imkanları


dövlətin maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və strateji hədəflər üzrə icrasının təmin edilməsi



Yüklə 304,57 Kb.
səhifə2/4
tarix02.12.2018
ölçüsü304,57 Kb.
#85285
1   2   3   4

dövlətin maliyyə resurslarının maddələr üzrə deyil, proqramlar və strateji hədəflər üzrə icrasının təmin edilməsi;

  • proqramların və strateji hədəflərin, o cümlədən hər bir dövlət orqanının fəaliyyətindən gözlənilən əsas nəticələrin aydın şəkildə müəyyən edilməsi;

  • dövlət qurumlarının məqsədlərinin və strateji prioritetlərinin kompleks və məqsədli proqramlara uyğunlaşdırılması;

  • dövlət orqanları üzrə büdcənin həmin orqandan gözlənilən nəticələr əsasında tərtib edilməsi;

  • dövlət qurumlarının büdcə vəsaitlərindən istifadəsi üzərində nəzarət mexanizminin qurulması;

  • büdcə layihəsinin müvafiq icra hakimiyyəti orqanlarına büdcə təşkilatlarının fəaliyyətinin səmərəliliyini, nəticələrini və qənaətliliyini qiymətləndirməyə imkan verən göstəricilər sistemi əsasında tərtib edilməsi.

    Göründüyü kimi, hökumətin öz strateji sənədində də nəticə əsaslı büdcə sisteminə keçid üçün hüquqi şərtlərin və mexanizmlərin olmadığı etiraf edilir.

    Azərbaycan hökuməti bilavasitə büdcədən maliyyələşən sahə proqramları da reallaşdırır, lakin həmin proqramlarla büdcə arasında əlaqənin təmin edilməsinə də qarşı hüquqi tələblər mövcud deyil. Məsələn, “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə” Dövlət proqramı bilavasitə büdcədən maliyyələşir və təkcə 2017-ci ildə proqramın icrasına dövlət büdcəsindən 36.1 mln. manat ayrılması nəzərdə tutulub. Lakin bilavasitə proqramın özündə bu xərclərin nə ümumi məbləği, nə proqramda göstərilən konkret fəaliyyət və tədbirlər üzrə xərclərin bölgüsü, proqramın icrası üçün seçilmiş hədəf göstəriciləri barədə məlumat yoxdur. Məsələn, adətən beynəlxalq təcrübədə şəkər xəstəliyi ilə ilə bağlı proqramların nəticəsini qiymətləndirmək üçün bi tip kəmiyyət və keyfiyyət göstəricilərindən istifadə edilir: şəkər xəstəlyinin erkən mərhələdə aşkarlanma səviyyəsi, şəkər xəstələrinin orta ömür uzunluğunun artım səviyyəsi, sanator-kurort müalicəsi almış şəkər xəstələrinin sayı, şəkər xəstələri üçün alınmış dərman vasitlərinin və özünənəzarət vasitələrinə sərf olunmuş büdcə vəsaitlərinin məbləği, böyrəkçatışmazlığı və başqa fəsadlarla xəstələnən şəkər xəstələrinin sayının azalma səviyyəsi və s. Azərbaycan hökumətinin hazırrda həyata keçirdiyi dövlət proqramı üzrə bu cür nəticə indikatorları olmadığından büdcə xərclərinin səmərəliliyini qiymətləndirmək də imkansızdır. Ümumilikdə 2017-ci ildə dövlət büdcəsi vasitəsilə 13 dövlət proqramının icrasına 146.2 mln. manat, təhsil bölməsi üzrə 10 proqramın icrasına 26.9 mln. manat, mədəniyyət-incəsənət bölməsi çərçibəsində 12 proqram üzrə 24.6 mln. manat xərclənməsi proqnozlaşdırılır. Regionların inkişafı, sənaye proqramı kimi mühüm dövlət proqramlarının icrası ilə bağlı büdcə xərcləmələri ilə bağlı isə açıq mənbələrdə ümumiyyətlə hər hansı məlumat verilmir.
    Nəticə əsaslı büdcə mexanizmlərinin tətbiqi sahəsində beynəlxalq təcrübələr

    Nəticə əsaslı büdcə mexanizmlərinin tətbiqi bir sıra ölkələrdə zəruri hüquqi baza formalaşdırılmaqla həyata keçrilməyə başlanıb. Məsələn, bu sistemin reallaşdırılması məqsədilə büdcə müvafiq normativ aktlar ABŞ-da 1993-cü ildə Fransa və Böyük Britaniyada 2001-ci ildə, İspaniyada 2003-cü ildə qəbul edilmişdir5.

    Nəticə əsaslı büdcə daima təkmilləşmə tələb edən, islahatların davamlı olmasını tələb edən sistemdir. Bu islahatın reallaşması üçün ən önəmli məsələ isə islahatları başlatmaq üçün siyasi iradə nümayiş etdirilməsi və islahat strategiyalarının qəbuludur. İstənilən qabacıl ölkənin təcrübəsinə müraciət etməklə nəticə əsaslı büdcə sistemi ilə bağlı zəruri məlumatlar öyrənmək, yaxşı təcrübələri ölkəyə gətirmək mümkündür. Məsələn, Danimarkada nəticə əsaslı büdcəyə 2 yanaşma tətbiq edilir: ümumilikdə hökuməti əhatə edən və ayrı-ayrı sektorlara (məsələn, təhsil, səhiyyə və s.) məxsus nəticə əsaslı büdcənin tərtibi. Bu ölkədə 1993-cü ildən tətbiq edilməyə başlayan sistemin 3 elementi var: hədəflərin müəyyən edilməsi, hədəflərə uyğun müqavilə əsasında hökumət qarşısında öhdəliklərin müəyyin edilməsi və nəticə indikatorları əsasında hesabatın təqdim edilməsi. Danimarkada hər bir nazirlik və dövlət agentliyinin müqavilədə müəyyən edilmiş strateji hədəflərə və nəticə indikatorlaırna uyğun fəaliyyət hesabatını hazırlayıb parlamentə təqdim etməsi hüquqi baxımdan məcburidir.

    Cənubi Koreya da nəticəli büdcə mexanizmlərinin tətbiqi sahəsində uğurlu nümunələrdən sayılır. Ölkədə ötən əsrin 90-cı illərində başladılan büdcə islahatlarının yekunu kimi hazırda nəticəli büdcə sisteminin əsas elementləri kimi bütün nazirliklər (agentliklər) Hökumət Siyasətinin Əlaqələndirilməsi üzrə Ofisə uzunmüddətli strateji panlar, illik fəaliyyət planları və nəticə hesabatları təqdim etməlidirlər. Bundan əlavə, 2005-ci ildən etibarən “Büdcə proqramları üzrə Özünüqiymətləndirmə” sənədi hazırlanır. Ötən müddət ərzində 555 proqram bu cür qiymətləndirməyə məruz qalıb.

    Strateji planlar hər 3 ildən bir yenilənir6.

    Lakin son 10 ildə bir sıra keçid ölkələrində də bu sistemin tətbiqi sahəsində uğurlu nəticələr əldə edilir və Azərbaycan üçün onların təcrübəsindən yararlanmaq daha real görünür. MDB məkanında ən uğurlu nümunə Qazaxıstan və Rusiya, keçmiş SSRİ məkanında isə Gürcüstan və Baltik ölkələridir. Yerdə qalan postsosialist ölkələrdə islahat ləngiyir və franqmental xarakter daşıyır. Məsələn, həmin ölkələrdə ortamüddətli büdcə planlaşdırması əsasən proqnoz xarakteri daşıyır. Rusiya isə nəinki xərclərin orta müddətli strukturunu müəyyən edir, habelə 3 illik büdcəni təsdiqləyir. Sonrakı illərdə isə təsdiqlənmiş büdcə müəyyən düzəlişlər edilməklə yenidən təsdiqlənir.

    Rusiya təcrübəsi İƏİT ölkələrinin bir çoxunda tətbiq edilən “uzunmüddətli qiymətləndirmələr və xərclərin ən yüksək həddinin müəyyən edilməsi” təcrübəsini xatırladır. Lakin Rusiya təcrübəsinin əsas fərqi odur ki, bu mexanizm 3 illik büdcədə əks etdirilir. İnkişaf etmiş ölkələrin böyük əksəriyyətində orta müddətli (3-5 illik) xərc planlaşdırması həyata keçirilir. Əgər mexanizm düzgün tətbiq edilsə, bu cür planlaşdırma ictimai maliyyənin idarə olunmasında əhəmiyyətli rol oynaya bilir. Lakin o ölkələrdə ki, hökumət qeyri-real büdcə tərtib edir, il ərzində büdcəyə dəfələrlə dəyişiklik etmək lazım gəlir, orta müddətli maliyyə planlaşdırması hökumət üçün izafi inzibati yükə çevrilir. Ortada belə bir aksioma var: əgər hökumət növbəti il üçün əsaslandırılmış və real əsaslanmalara əsaslanan büdcə hazırlamaq imkanında deyilsə, orta müddətli xərc planlaşdırması apara bilməz.

    Qazaxıstanda büdcə planlaşdırması sahəsində köklü islahatlara 2005-ci ildən sonra start verilib. Həmin il Nazirlər Kabineti tərəfindən nəticəyə yönəlik dövlət planlaşdırılması sisteminin tətbiqinə dair Konsepsiya təsdiqləndi7. Sənəd büdcə işinin təşkilində və büdcə siyasətinin formalaşmasında aşağıdakı mexanizmlərin tətbiqini önə çəkir:


    • Hökumətin strateji, iqtisadi və büdcə planlaşdırması arasında harmonizasiyanın təmin edilməsi;

    • Dövlət orqanlarının fəaliyyətinin konkret nəticələrin əldə olunmasına yönəlmiş strateji hədəflər və vəzifələr əsasında təşkili;

    • Qısamüddətli büdcə planlaşdırılmasından uzunmüddətli planlaşdırmaya keçid;

    • İctimai vəsaitlərin dövlət siyasətinin prioritetlərin uyğun maksimum effektiv və şəffaf xərclənməsinin təmin olunması;

    • Dövlət xidmətlərinin keyfiyyətini və hökumət proqramlarının nəticələrini analiz etməklə dövlət orqanlarının fəaliyyətinin effektiviliyini qiymətləndirməyə imkan verən kompleks göstəricilərin tətbiqi.

    Konsepsiyada mövcud şərait təhlil olunmaqla sənədin qəbulunun zəruriliyi əsaslandırılır. Qeyd olunur ki, strateji planların mövcud olmadığı şəraitdə büdcə vəsaitləri nəticələri ölçməyə imkan verən indikatorlara və dəqiq hədəflərə malik olmayan müxtəlif sahə və regionlar üzrə xərclənir. Konsepsiyada nəticəyə əsaslanan büdcələşmənin müxtəlif mərhələlər üzrə tətbiqi nəzərdə tutulur. Məsələn, konsepisayaya görə, büdcə planlaşdırılması mərhələsində büdcə proqramlarının hazırlanması ilə bağlı mexanizmlərin formalaşdırılmalıdır. Öz növbəsində, büdcə proqramları dövlət orqanlarının göstərdiyi xidmətlərə əsasən tərtib olunmalı, büdcə vəsaitlərinin istifadəsi ilə planlaşdırılan nəticələrlər arasında əlaqə dəqiq əsaslandırılmalıdır. Büdcə proqramlarına qarşı konkret tələblər də müəyyən olunub: bu proqramların adları gömtərilən xidmətlərə uyğun olaraq dəqiq müəyyən edilməli, büdcə proqramları dövlət orqanının strateji hədəflərinə uyğun hazırlanmalı, nəticələri ölçməyə imkan verən kəmiyyət və keyfiyyət göstəricilərinə malik olmalıdır.

    Konsepsiyada nəzərdə tutulan mexanizmlərin reallaşdırılması məqsədilə 2008-ci ildə ölkədə yeni Büdcə Məcəlləsi hazırlandı. Məcəllədə büdcə planlaşdırılmasının mexanizm və prosedurları dəqiq formada əks etdirilib.

    Hazırda Qazaxstanda büdcə planlaşdırmasının əsasını təşkil edən yeni dövlət planlaşdırılması sistemi aşağıdakı elementlərdən ibarətdir8:




    • Qazaxstanın 2030-cu ilədək İnkişaf Strategiyası;

    • Qazaxstan Respublikasının 10 illik Strateji Planı;

    • 5 illik hökumət proqramları (bura iqtisadiyyatın müxtəlif sahələrini və ərazilərin sosial-iqtisadi inkişafını əhatə edən proqramlar daxildir);

    • Qazaxstan Respublikası prezidentinin illik müraciəti;

    • 5 illik sosial-iqtisadi inkişaf, 3 illik büdcə proqnozları;

    • Dövlət orqanlarının 3 illik strateji planları;

    • Qarşıdakı 3 il üzrə respublika büdcəsinin və yerli büdcələrin layihələri;

    • Dövlət orqanlarının 1 illik əməliyyat planları;

    • Baş nazirlə (yaxud yerli icra strukturlarının başçıları olan akimlərlə) dövlət orqanlarının rəhbərləri arasında imzalanan büdcə xərcləmələrinə dair memorandum, məqsədli transfertlərin nəticələri barədə sazişlər.

    Axır 15 ildə hökumətin büdcə siyasətinin və prioritetlərinin formalaşdırılmasında istinad olunan başlıca sənəd «Qazaxstan-2030» İnkişaf Strategiyasıdır9. 1997-ci ildə Qazaxıstan prezidenti tərəfindən ölkə əhalisinə müraciət formasında qəbul olunan həmin strategiyada iqtisadi sahə ilə bağlı bir neçə mühüm hədəf müəyyən olunub. Açıq bazar iqtisadiyyatına əsaslanan sabit iqtisadi artımın təmin olunması, əhalinin sağlamlığına, yüksək təhsil alma imkanlarına və maddi rifahının qorunmasına təmian verən iqtisadi sistemin formalaşdırılması, hərtərəfli bilik və bacarığa malik məmur korpusuna əsaslanan peşəkar hökumətin yaradılması ən vacib iqtisadi hədəflər kimi qeyd olunur.



    Hazırda isə «Qazaxstan-2030» İnkişaf Strategiyası qəbul edilib10. Sənəddə büdcə isalahatları ilə bağlı aşağıdakılar qeyd olunub:


    • Hökumət “qara gün” üçün ehtiyatları artırmağı, qeyri-neft büdcə kəsirini minimuma endirməli, uzunmüddətli perspektiv üçün büdcənin dayanıqlılığını əsas hədəf olaraq seçməli;

    • Özəl sərmayələrdə olduğu kimi büdcə vəsaitlərinə son dərəcə qənaətcil yanaşma təmin edilməli, büdcənin 1 təngə vəsaiti belə havayı xərclənməməli;

    • İnvestisiya layihələrinin seçimində sərt mexanizmlər tətbiq olunmalı, bu layihələrin məqsədypnlülüyü və verimliliyi (faydalılığı) ən başlıca prinsiplər kmi qəbul edilməli. Unutmaq olmaz ki, hətta ən müasir obyektlər belə saxlanma üçün xərc edirsə, gəlir gətirmirsə və vətəndaşlara faydalı deyilsə, büdcə üçün izafi yükdən savayı nəsə deyil;

    • Dövlət büdcəsi perspektiv və məhsuldar ümumölkə layihələrinə fokuslanmalı, həmin layihələr ilk növbədə iqtisadiyyatın diversifikasiyasına xidmət etməlidir.

    Ölkə prezidentinin 4 dekabr 2001-ci il fərmanı ilə təsdiqlənən «Qazaxıstan Respublikasının 2010-cu ildək Strateji Planı» adlı sənəddə də büdcə planlaşdırması islahatlarına start verilməsi əks olunub11. Sənəddə qeyd olunurdu ki, büdcə planlaşdırılmasında yeni yanaşmanın tətbiqinə ehtiyac var. Bu, büdcə proqramlarının həyata keçirilməsinin nəticələrinin qiymətləndirilməsi, 3-5 illik büdcə göstəriciləri əsasında orta müddətli büdcə planlaşdırılmasının həyata keçirilməsini, dövlət orqanlarının strateji planlarının hazırlanması kimi mexanizmlərin tətbiqini nəzərdə tuturdu. Strateji plan həmçinin ortamüddətli planlaşdırma zamanı əsas büdcə prioritetləri kimi aşağıdakı istiqamətlərin nəzərə alınmasını önə çəkmişdi:



    • Sosial proqramların və dövlətin sosial funksiyalarının icrası ilə bağlı xərc ehtiyaclarının daha dəqiq qiymətləndirilməsi və büdcədə nəzərə alınması. Buna nail olmaq üçün hökumətin başlıca vəzifəsi kimi sosial təminat sisteminin mövcud maliyyələşmə mexvnizmlərini daha effektiv sistemlə əvəz edilməsi nəzərdə tutulmuşdu;

    • Gənclərin məşğulluq imkanlarını artırmaq məqsədilə onların peşəkar hazırlığına imkan verən büdcə qrantları mexanizminin formalaşdırılması;

    • Əhalinin keyfiyyətli tibb xidmətə çıxışına iman verən səhiyyə maliyyəsi sisteminin yaradılması. Xüsusilə də hamilə və yeni uşaq dünyaya gətirmiş qadınlar, əhalinin aztəmiantlı qrupları (əlillər, işsizlər, pensiyaçılar və s.) üçün pulsuz tibbi xidmətin təmin olunması, icbari tibbi sığortaya keçid əsas strateji vəzifələr kimi müəyyən olunmuşdu;

    • Təhsilin maliyyələşdirilməsi sisteminin effektivliyinin artırılması. Bunun üçün ilk növbədə şagird hesabı maliyyələşməyə keçid, peşə təhsili ilə əhatə olunan tələbələrə təhsil qrantlarının verilməsi mexanizminin yaradılması nəzərdə tutulurdu;

    • Büdcə vəsaitləri hesabına aqrar sektorun birbaşa subsidiyalaşdırma mexanizmlərinin formalaşdırılması. Bunun üçün ilk növbədə maddi-texniki vasitələr, elit toxumçuluğun və cins heyvandarlığın inkişafı, biotexnologiyların təttbiqi üçün subsidiyaların verilməsi, ixracın subsidiyalaşdırılması, fermerlərin məhsullarının dövlət sifarişləri vasitəsilə alışı üçün minimum zəmanətli qiymətlərin tətbiqi mexanizmlərinin yaradılması nəzərdə tutulurdu;

    • Qarşıdakı 10 ildə büdcə xərclərinin ÜDM-də payının 30%-ə çatdırılması. Öz növbəsində, real sektorun güzəştli kreditləşdirilməsi, sosial sferada ynqi obyektlərin tikintisi, büdcə sferasında fəaliyyətdə olan obyektlərin yüksək texnologiya və texniki vasitələrlə təchizatı, nəqliyyat infrastrukturunun qurulması və bərpası büdcənin əsas xərc prioritetləri kimi müəyyən ounmuşdu;

    Növbəti strateji plan ölkə prezidentinin 1 fevral 2010-cu il fərmanı təsdiqlənib. «Qazaxıstan Respublikasının 2020-ci ildək Strateji Planı» adlı sənəddə qarşıdakı 10 il ərzində hökumətin büdcə prioritetləri kimi aşağıdakı aşağıdakı istiqamətlər müəyyən edilib12:




    • Nəqliyyat infrastrukturunun yenidən qurulması. Strateji planın icra olunduğu dövr ərzində ən azı 1400 km yeni dəmir yolu xəttinin qurulması, 16 min km avtomobil yolunun çəkilməsi və yenidən qurulması, yerli əhəmiyyətli yolların ən azı 70%-nin arzu olunan səviyyəyə çatdırılması, ölkənin dəniz limanlarının buraxıcılıq gücünün 48 milyon tona çatdırılması nəzərdə tutulur;

    • Təhsilə investisiyaların artırılması. Bu hədəf çərçivəsində həm kənd, həm də şəhər yerlərində uşaqların məktəbəqədər təhsil xidmətlərilə əhatəsini təmin etmək, hər yaşayış məntəqəsində 1 məktəbəqədər müəssisənin yaratmaq, beynəlxalq bilik qiymətləndirmələri (PİRLS, TİMSS, PİSA) sistemlərində orta məktəb şagirdlərinin daha yüksək nəticələr əldə etməsinə nail olmaq, şagird hesabı maliyyələşməyə keçidi başa çatdırmaq, bütün regionlarda ən azı 20 intellektual məktəb yaratmaq, Qazaxstanın ən azı 2 universitetinin dünyanın ən yaxşı universitetlərinin reytinqinə düşməsinə nail olmaq, ali təhsil müəssisələrinin ən azı 50%-nin beynəlxalq standartlara uyğun akkreditasiyadan keçməsini təmin etmək kimi mühüm vəzifələrin həlli nəzərdə tutulur.

    • Səhiyyə xərcləri artırılır, bu vəsaitlərin səmərəliliyi yüksəldilir. Bu hədəf çərçivəsində səhiyyənin maliyyələşdirilməsinin effektiv mexanizmlərinin yaradılması, səhiyyəyə yönəldilən büdcə investisiyalarının səmərəliliyinin qiymətləndirilməsi sisteminin işlənməsi, pulsuz tibbi xidmətin dövlət tərəfindən zəmanət verilən həcminin müəyyən olunması, zəmanətli pulsuz tibbi xidmət çərçivəsində büdcədən ayrılan vəsaitlərin azı 40%-nin ilkin tibbi-sanitar yardım xidmətlərinə yönəldilməsi, büdcə vəsaitləri hesabına alınan dərman vasitələrinin qiymətinin tənzimlənməsi mexanizmlərinin yaradılması nəzərdə tutulur.

    Yeni strategiyaya əsasən, artıq 2012-ci ildən başlayaraq səmərəlilik və nəticəlili indikatorları əsasında büdcə tərtibi və icrası ilə bağlı islahatların ilk mərhələsi başa çatdırılmalı, strateji məqsədlərə nailolma səviyyəsini qiymətləndirmək üçün dövlət orqanlarının fəaliyyətinin monitorinqinə imkan verən kompleks qiymətləndirmə sistemi yaradılmalı idi.

    Hökumətin büdcə siyasətini formalaşdıran daha bir rıçaq ortamüddətli büdcə parametrləridir. «2009-2013-cü illərdə Qazaxıstan Respublikasının sosial-iqtisadi inkişaf proqnozları və büdcə parametrləri» adlı sənəd hökumətin 26 avqust 2008-ci il tarixli iclasının protokolu ilə təsdiqlənib13. Sənəddə qeyd olunur ki, 2008-ci ildə yeni Büdcə Məcəlləsinin qəbulu və ondan bir müddət əvvəl büdcə planlaşdırılması ilə bağlı Konsepsiyanın təsdiqi qarşıdakı 5 illikdə büdcə planlaşdırılmasının mövcud sisteminin tamamilə modernləşdirilməsini, büdcə vəsaitlərindən istifadənin effektivliyini və şəfafflığını yüksəltməyi tələb edir. Qarşıda duran əsas vəzifə büdcə sisteminin bütün həlqələrində nəticəyə əsaslanan büdcələşmənin tətbiq olunmasıdır. Bundan savayı, ictimaiyyətin büdcə vəsaitlərinin istifadəsinə nəzarət mexanizmləri effektiv işləməlidir. Sənədə görə, 2013-cü ilədək büdcə xərcləmələrinə münasibətdə mötədil siyasət həyata keçirilməli idi. Bundan əlavə, xərclərin balanslaşdırılmasını və planlaşdırılmış həcmini təmin etmək üçün büdcə kəsirindən və Neft Fondunun transfertlərindən istifadə olunacaq. Qarşıdakı 5 ildə hökumətin büdcə siyasəti elə formalaşdırılması nəzərdə tutulurdu caq ki, Neft Fondundan büdcəyə transfertlərin həcmi Fondun aktivlərinin əvvəlki ilə olan həcminin üçdə birindən çox olmasın. Hökumətin yanaşmasına görə, bu mexanizm tətbiq olunarsa, Neft Fondunun vəsaitlərinin tükənməsinin qarşısını almaq olar.

    Hökumət büdcə kəsirinin örtülməsi üçün borclanmanın həcmini limitləşdirməyi hədəfə alıb. Rəsmi yanaşma budur ki, ortamüddətli dövrdə bu borcların həcmi Neft Fondunun aktivlərinin bazar dəyərinin 50-70%-dən çox olmamalıdır. Öz növbəsində, büdcələrarası münasibətlərin daha şəffaf prinsip və meyarlar əsasında qurulması üçün transfertlərin hesablanması və ayrılması mexanizminin təkmilləşdirilməsi nəzərdə tutulur. 2009-2013-cü illərdə hökumətin əsas xərc prioritetləri kimi aşağıdakı istiqamətlər müəyyən edilib:




    • Sosial sferanın və insan kapitalının inkişafına xərclərin genişləndirilməsi;

    • İndustrial-innovativ inkişafın büdcə vasitəsilə dəstəklənməsi;

    • Strateji əhəmiyyətli infrastruktur layihələrin maliyyələşdirilməsi;

    • Aqrar sektorun üstün inkişafının dəstəklənməsi.


    Nəhayət, Qazaxıstanda hökumətin uzunmüddətli büdcə planlaşdırması ilə bağlı ən mühüm vasitələrdən biri kimi büdcə sərəncamçısı olan dövlət hakimiyyət orqanlarının ortamüddətli strateji planları çıxış edir. Hazırda bütün nazirlik və dövlət xidmətləri 2011-2015-ci illər üzrə təsdiqlənmiş strateji planlar əsasında fəaliyyət göstərir. Bütün strateji planlar unifikaksiya olunmuş struktura malikdir. Kənd Təsərrüfatı Nazirliyinin timsalında 5 illik planın nümunəsi aşağıdakı kimidir14:


    • Nazirliyin missiyası və baxışı. Kənd Təsərrüfatı Nazirliyinin missiyası kimi hökumətin aqrar siyasətinin formalaşdırılması və həyata keçirilməsi, rəqabət qabiliyyətli aqrar-sənaye kompleksinin formalaşdırılması göstərir;

    • Mövcud vəziyyətin analizi. Bu hissədə ölkənin kənd təsərrüfatı sektorunun hazırkı vəziyyəti və problemləri ətraflı təsvir olunur.

    • Strateji istiqamətlər, vəziflər, məqsədli indikatorlar, fəaliyyətlər və nəticəni əks etdirən göstəricilər. Məsələn, 1-ci strateji hədəf kimi ölkənin ərzaq təhlükəsizliyini təmin edəcək səviyyədə məhsul istehsalına nail olunması göstərilib. Bu hədəfə yetişməyi əks etdirən 5 məqsədli indikator (məsələn, kənd təsərrüfatında yaranan əlavə dəyərin həcminin 1 nəfər işçi hesağı ilə 2 dəfə artırılması, kənd təsərrfatı məhsullarının fiziki həcminin orta hesabla hər il 5% artımı və s.) müəyyən edilib;

    • Funksional imkanların inkişafı. Bu hissədə hər bir strateji istiqamət üzrə reallaşdırılmalı olan tədbirlər sadalanır;

    • Qurumlararası qarşılıqlı əlaqələr. Bu bölmədə hər bir fəaliyyət üzrə əlaqədar qurumların birgəişini zəruri edən fəaliyyətlər, həmin fəaliyyəti həyata keçirməli olan quruların adları göstərilir;

    • Risklərin idarə olunması. Bu bölmədə hər bir strateji hədəfə yetişməyə mane olan daxili və xarici risklər, həmçinin bu risklərin idarə olunması imkanları sadalanır.

    • Büdcə proqramları. Bu hissədə büdcədən vəsait ayrılan və konkret fəaliyyətləri özündə əks etdirən büdcə proqramları təqdim olunur. Məsələn, 2011-2015-ci illər üzrə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Strateji Planı çərçivəsində 99 büdcə proqramının (bura torpaqların meliorativ vəziyyətinin saxlanması, bitki mühafizəsi, kənd təsərrüfatının subsidiyalaşdırlması kimi müxtəlif proqramlar daxildir) maliyyələşdirilməsi nəzərdə tutulur. Hər bir proqram üzrə tələb olunan büdcə vəsaitlərinin həcmi də bu hissədə təqdim edilir;

    • Büdcə xərclərinin icmalı. Bu hissədə cari proqramlar və inkişaf proqramları üzrə tələb olunan xərclər ayrı-ayrılıqda göstərilir və yekunda cəmlənir.

    Hazırda icra mərhələsində olan bu planların hər biri orta hesabla 150-200 səhifədən ibarət böyük sənədlərdir.


    Nəticəli büdcə mexanizmlərinin yaradılması istiqamətində islahatlar aparan və uğur qazanan ölkələrdən biri də Estoniyadır. 2003-cü ildə bu ölkənin qanunvericiliyinə edilən dəyişiklik 2 mühüm mexanizmin tətbiqinə keçidə start verdi: (i) hökumət və müxtəlif qurumlar üçün ortamüddətli strateji planların hazırlanması; (ii) ortamüddətli xərc çərçivələrinin müəyyən edilməsi15.

    Yeni qanunvericiliyə görə, Estoniyanın büdcə prosesinin formalaşması 2 mərhələyə ayrıldı: uzunmüddətli büdcə strategiyasının hazırlanması və növbəti il üzrə büdcənin tərtib edilməsi. Uzunmüddətli büdcə strategiyası üçün çərçivə sənədi rolunu perspektiv dövr üzrə işlənmiş makroiqtisadi proqnozlar oynayır. Artıq 2010-cu ildən başlayaraq Estoniya hökuməti 4 illik büdcə strategiyaları işləyirlər. Hər il bu strategiyaya yenidən baxılır, düzəlişlər edilir, başa çatmış ilin əvəzinə qarşıdakı daha 1 il üzrə strategiya əlavə edilir. Məsələn, 2016-cı ildə 2017-2020-ci illər üzrə büdcə strategiyası təsdiqlənib16. Strategiyanın məqsədi fiskal davamlılığın və hökumətin fəaliyyətinin effektivliyinin təmin edilməsidir. Sənəddə büdcə siyasətinin istiqamətləri, iqtisadi mühitin təhlili və makroiqtisadi, o cümlədən gəlir proqnozları əks etdirilir.

    Dövlət Büdcəsi Strategiyası inkişaf, fəaliyyət və icra planları vasitəsilə gerçəkləşdirilir. Strategiya sənədi 3 bölmədən ibarətdir:


    1. 2017-2020-ci illər üzrə hökumətin prioritetləri. Bura uşaq yoxsulluğunun azaldılması, işçi qüvvəsinə tətbiq olunan vergi yükünün azaldılması; ictimai maliyyənin davamlılğının təmin edilməsi; Estoniyanın milli təhlükəsizliyinin təmin olunması.

    2. Sektorlar üzrə təhlil. Bu bölmədə siyasət istiqamətləri (strategiyada 23 siyasət istiqaməti əks olunub) üzrə mövcud vəziyyətin təhlili, bu istiqamətləri üzrə məqsəd və indikatorlar, sektorlar üzrə tələb olunan islahatlar əks olunub.

    3. Yüklə 304,57 Kb.

      Dostları ilə paylaş:
  • 1   2   3   4




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin