Dövlət İdarəetmə Sistemi Plan -dövlət idarəetmə sistemi: anlayışı


Sistemlər nəzəriyyəsinin bir sıra əsas məqamlarına baxışdan sonra sistemli yanaşmanın aşağıdakı mühüm müddəalarını qeyd etmək olar



Yüklə 28,07 Kb.
səhifə5/9
tarix08.04.2023
ölçüsü28,07 Kb.
#124993
1   2   3   4   5   6   7   8   9
UNEC 1680942296.docx

Sistemlər nəzəriyyəsinin bir sıra əsas məqamlarına baxışdan sonra sistemli yanaşmanın aşağıdakı mühüm müddəalarını qeyd etmək olar:

  • cəmiyyətlə onu idarə edən dövlətin birbaşa və əks əlaqə kanalları vasitəsilə birliyi xüsusi dövlət idarəetmə sistemini təşkil edir;

  • dövlət idarəetmə sistemi konkret cəmiyyətin ictimai sisteminin ümumi idarəetməsinin tərkib hissəsidir;

  • dövlət idarəçilik sistemi açıq, mürəkkəb, iyerarxik və şəbəkə quruluşuna malik sosial sistemin növüdür;

  • konkret tarixi dövr ərzində real cəmiyyətin dövlət idarəçilik sisteminin təsviri onun siyasi, hüquqi, diplomatik, təşkilati, iqtisadi, sosial, mədəni və s. səpkilərdə işıqlandırılmasını tələb edir.

Dövlət idarəetmə sisteminin iki tərifi vardır:

  • idarəedən və idarəolunan yarım sistemlərin qarşılıqlı əlaqə və təsirlərdə vəhdət təşkil etməsi;

  • dövlətin idarəçilik təsirlərinin işlənib-hazırlanmasını və həyata keçirilməsini təmin edən məqsədlər, prinsiplər, metodlar və funksiyaların qarşılıqlı əlaqələr vəhdəti.

Sonuncu müddəa ilə bağlı qeyd edək ki, dövlət idarəçiliyinin sistemliliyinin genezisi (“genesis” - latın köklü “yaranma” və “təkamüllü” inkişafın başlanğıcını ifadə edən termindir) ən sadə formada ictimai fikirdə aşağıdakı sxemlə əks olunur (şəkil 4.1).

Sistem nəzəriyyəsi

Hüquq

Sosiologiya








Sosiologiya


İdarəetmə nəzəriyyəsi






İctimai idarəetmə (tərkibində - dövlət) idarəetmə



Yüklə 28,07 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin