Şəkil 4.1. İctimai idarəetmənin “geneoliji ağacı” Şəkildən göründüyü kimi, dövlət idarəçiliyinin müasir inkişaf mərhələsi elmi-ictimai fikirdə onun getdikcə daha çox İctimai idarəetmə sisteminin ayrılmaz hissəsinə çevrilməsindən xəbər verir. Xatırladaq ki, tarixi təkamüllü inkişaf yolu ilə dövlət sistemləri məhdud bir elementdən başlayaraq bütün ictimai sistemi əhatə edən total idarəçiliyə çevrilmişdilər. Son dövrün meylləri isə sistemli yanaşma nöqteyi-nəzərindən xarici mühitin (əsasən qloballaşma amillərinin) təsiri altında və daxili səmərəlilik tələbləri müqabilində daha çox “İctimailəşmə meylləri” ilə səciyyələnmişdir.Sxemdən göründüyü kimi, müasir dövlət idarəetməsi nəzəriyyəsi üç elmdən: hüquq, sosiologiya və sistemlər nəzəriyyəsindən bəhrələnir. Belə ki, dövlətin bir siyasi-hüquqi institut kimi hüquq paradiqması və sosial institut kimi sosioloji paradiqması geniş yer tutmuşdur. Müasir ictimai və siyasi sistemlər və proseslər hüquq və sosiologiyanın sintezi sayılan politologiyanın tədqiqat predmetini təşkil etmişdir. Eyni zamanda sosial sistemlərin genezisi, təşkili, fəaliyyəti və idarəolunması sosiologiya və sistemlər nəzəriyyəsinin sintezi nəticəsində idarəetmə nəzəriyyəsində öz təcəssümünü tapmışdır.Nəhayət, idarəetmə və siyasət subyektləri əsas sosial sistem kimi dövlət və hakimiyyət timsalında ictimai sistem anlayışı ilə təmsil olunurlar. Bunun müqabilində cəmiyyətin idarəolunması (ictimai idarəetmə), о cümlədən, bu prosesdə dövlətin aparıcı və həlledici rolunun açıqlanması ictimai sistemlər və idarəetmə haqqında inteqrativ təlimlərin tərkibində öyrənilir.Dövlət bu mənada ictimai sistemdə idarəetmənin təşkili üsulu kimi müəyyən edilir. Dövlət idarəçilik sisteminin verilmiş ikinci tərifinə görə prinsiplər, funksiyalar, məqsədlər və metodların strukturu təyin edilməlidir ki, onların idarəetmə sistemində struktur təyinatı düzgün yerinə yetirilə bilinsin.Dövlət idarəetmə funksiyalarının təsnifləşdirilməsinə yanaşmaları qeyd etməzdən əvvəl sistemin komponentlərinə görə onların aşağıdakı qruplarını qeyd edək: idarəetmə funksiyaları - subyektin həyata keçirdiyi idarəçilik fəaliyyəti (digər fəaliyyətlər sırasında);